Müsavatın Sumqayıt şəhər təşkilatının rəhbərliyi dəyişdi

Bü gün Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının XVI konfransı keçirilib. Partiyanın mətbuat departamentindən “Basta”ya verilən məlumatda bildirilir ki, yığıncaqda təşkilatın fəaliyyəti haqda hesabat dinlənilib və təşkilati məsələlərə baxılıb.

Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri, Müsavatın Divan üzvü Vəfa Cümşüdlü təşkilat komitəsi adından hesabat verib.

İclasa təşkilatın sədri Fəxrəddin Abbas və Müsavatın Divan üzvü İkram İsrafil sədrlik ediblər. Təşkilatın Şurası adından hesabatı Fəxrəddin Abbas, NTK adında hesabatı isə Cavad Cavadlı təqdim ediblər. Hesabatlar qənaətbəxş qiymətləndirilib.

Konfransda təşkilatın rəhbərliyinə seçkilər keçirilib.

Gizli səsvermə yolu ilə təşkilatın rəhbərliyi, o cümlədən Şurası və Nəzarət Təftiş Komissiyası formalaşıb.

Elşad Vaqif oğlu İsrafil təşkilatın sədri seçilib. Elşad İsrafil 1968-ci ildə anadan olub. 2001-ci ildən Müsavat Partiyasının üzvüdür. Müxalifətin 2 aprel 2011-ci il tarixli mitinqində və digər aksiyalarında həbs olunub. 

Yığıncaqda Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, MNTK sədri Sevinc Hüseynova çıxış ediblər. Konfransın işində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvləri Alya YaqubluElman Fəttah, təşkilat departamentinin rəhbəri Söhrab Məhərrəmli, təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı, MNTK üzvləri Xuraman Bağırova, Mübariz Bədirxanlı və Çingiz Əli iştirak ediblər.

Mustafa Hacıbəyli

Foto: Rəşad Qurbanov

Bastainfo.com

%d bloqqer bunu bəyənir: