Abşeron rayonunda silahlı insident baş verib

Abşeron rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Reportun verdiyi xəbərə görə, Abşeron rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Eldar Namazov saxlanılıb və ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: