İran prezidentinin qardaşı həbs olunub

Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinir

APA-nın verdiyi xəbərə görə, İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs olunub. “Frans Press” agentliyi məhkəməyə istinadən yayıb ki, Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinir.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: