Müsavat Tarif Şurasının benzinlə bağlı qərarını pislədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı görülən işlər və qərarların icrası barədə  məlumat verib.

Öncə təşkilati məsələyə baxılıb. Müsavat Partiyasına qəbul olmaq üçün müraciətlər müzakirə olunub və müsbət qərar qəbul edilib.

Müsavat Partiyasının son Məclis toplantısı müzakirə olunub. Müsavat Partiyasının başqanı Arif Hacılının və Məclis üzvlərinin çıxışları ətrafında fikir mübadiləsi aparılıb. Məclisin işi, üzvlərin iştirakı qənaətbəxş qiymətləndirilib.

Sumqayıt şəhər təşkilatının konfransı barədə məlumat dinlənilib. Konfransın yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Divanda Tarif Şurasının benzinin qiymətinin artırılması ilə bağlı  qərarı müzakirə edilib. Qiymət artımının səbəbi kimi göstərilən halların əsaslı olmadığı vurğulanıb. Bildirilib ki, hakimiyyət nümayəndələrinin dediklərinin əksinə olaraq, yanacağın qiymətinin qaldırılması iqtisadiyyatın digər sahələrinə də ciddi təsir göstərəcək, qiymət artımı və əhalinin rifahının pisləşməsi qaçılmaz olacaq.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: