Müxalifətçi gəncin atası girov götürüldü. Gənc fəala 20 sutka verildi – Yenilənib

GAP sədri Ağasif Şakiroğlunun “Basta”ya verdiyi məlumata görə, partiya fəalı İsmayıl İslamoğluna xəbərdarlıq edilib, özü və atası sərbəst buraxılıb. Polis müxalifətçi gəncin mobil telefonunu götürərək, onun facebook səhifəsindən aksiyalara çağırış əks olunan satuslarını silib. 

*** 

GAP sədri Ağasif Şakiroğlu “Basta”ya bildirib ki, İsmayıl İslamoğlunun atası İslam Nadirov Şirvan Rayon Polisi İdarəsi tərəfindən girov götürülüb: “İsmayil İslamoğlunun Şirvan Rayon Polis İdarəsinə gəlməsi qarşılığında atasının azad ediləcəyi bildirilir. Nə var-nə var İsmayil İslamoğlu Siyasi Məhbuslarla bağlı konfrans təşkil edib və qarşıdakı günlərdə mitinq keçirilməsi üçün təşəbbüslə çıxış edib. Övladı valideyini ilə sınağa çəkən bir rejimlə üz-üzə qalmışıq. Hakimiyyət öz əməli ilə özü-özünü ifşa etməkdə davam edir”.

“Hazırda 27-ci polis bölməsinin qarşısındayıq. İsmayıl İslamoğlu gəlib təslim olmağa ki, atasını azad etsinlər” – Ağasif Şakiroğlu bildirib.

***

Avqustun 11-də müxalif yönümlü bir neçə fəal polis tərəfindən axtarılıb. Onlardan birindən bir neçə saatdır xəbər yoxdur. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

Gələcək Azərbaycan Partiyasının  (GAP) fəalı, Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlunun atasını Şirvanda polis saxlayıb. Bu barədə İsmayıl İslamoğlunun özü bildirib.

Onun sözlərinə görə, bir neçə saat öncə gənc fəala zəng ediblər ki, Şirvan Polis Şöbəsinə gəlsin.

“Dedilər ki, özün gəlməsən atanı buraxmayacağıq. Mən razılaşdım. İndi zəng gözləyirəm. Bakıda hansı polis bölməsinə desələr oraya gedəcəm”, İslamoğlu qeyd edib.

O axtarılmasının səbəbini siyasi məhbuslar barədə tədbir keçirməsi və etiraz aksiyası kerçirəcəyi haqqında status yazması ilə bağlı olduğunu bildirib.

Avqustun 11-də AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qara da həbs olunub.O, məhkəmənin qərarı ilə 20 sutka həbs cəzasına məhkum edilib.

Bu barədə “Basta” ya məlumatı hüquq müdafiəçisi Samirə Ağayeva verib.

Samirə Ağayeva bildirir ki, saat 17 radələrində Sumqayıt baş polis idarəsinə gəldik. Növbətçi hissədə olan iki polis əməkdaşı bildirdilələr ki, uzun saçlı oğlan buradadır və bayaq anası da bura gəlmişdi. Onların biri bizə nömrə verdi və biz həmin nömrəyə zəng etdik. Dedi, Ruslan burada yoxdur. 15 dəqiqəyə idarədən aralandıq. Təzədən qayıtdıq. Dedilər ki, buradadır, 20 sutka veriblər. Soruşdum, məhkəməyə nə vaxt apardılar. Bildirdilər ki, bayaq aparıb gətirdilər. Anası ilə əlaqə saxladıq. Dedi bir neçə dəfə yaxınlaşmışdım, mənə heç bir məlumat vermədilər. Dedilər, 102-ə zəng vur. Güya oradan məlumatı idarəyə ötürdülər. Nə ailəsinə, nə vəkilə məlumat vermədilər. Vəkili Asabali Mustafayev bazar ertəsi yanına gedəcək.
Sabah da anası paltar və yemək aparacaq. Hansı maddə ilə təqsirləndiyi barədə məlumat yoxdur.”

“Anasının dediyinə görə, iki gün Jiquli markalı maşın evin qabağında dayanmışdı. Bu gün Ruslanı qonşuların gözü qabağında mülki geyimli şəxslər aparıblar, 5 saat ərzində heç bir məlumat verilməmişdir. Onu da qeyd edim ki, Ruslanın son statusları silinib.”- Samirə Ağayeva əlavə edib.


Avqustun 11-də mülki geyimli şəxslər Press-az.com saytının rəhbəri Polad Aslanovun evinə gələrək onu axtardıqlarını bildirib. Telefon nömrəsini soruşublar. Bu barədə P.Aslanovun özü bildirib.

Aslanov axtarılmasının səbəbini siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı apardığı işlə əlaqələndirib.

Hüquq mühafizə orqanları gənc fəalların hansı səbəbdən axtarıldığı ilə bağlı hələ məlumat verməyib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: