Rusiyada metal kimi təhvil verilmiş raket partladı: Ölənlər var – Video

Rusiyanın Çita şəhərində metal qırıntılarının qəbulu məntəqəsində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. 

“Basta”nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, naməlum şəxslər hərbi hissədən oğurladıqları C-200 tipli hərbi raketi metal qəbulu məntəqəsinə təhvil veriblər. Metalın preslənməsi zamanı partlayış baş verib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerini araşdırarkən, burada mövcüzə nəticəsində hələ partlamamış daha iki hərbi raket aşkar ediblər. 

Faktla əlaqədar cinayət işi başlanılıb. 

Bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: