Trump Putinə “ABŞ-ın Rusiyadakı diplomatik heyətinin ixtisarına” görə təşəkkür edib

Donald Trump Rusiya prezidenti Vladimir Putinin yüzlərlə ABŞ diplomatik işçisini qovmaq sərəncamına əhəmiyyət verməyib, əksinə Putinə ABŞ-ın maaş xərclərini yüngülləşdirməkdə köməyinə görə təşəkkür edib.

Avqustun 10-da Trump jurnalistlərə deyib ki, Putinin ABŞ sanksiyalarına cavab addımı onun Dövlət Departamentinin büdcəsini üçdə bir nisbətində ixtisar etmək planına kömək göstərəcək.

Trump deyib: “Mən ona təşəkkür etmək istəyirəm, çünki biz maaş xərclərini azaltmaq istəyirik. Mən ona çox minnətdaram ki, o çox sayda adamın işdən çıxmasına kömək edib, çünki bizim indi maaş üçün büdcəmiz kiçikdir. Onların ora qayıtmasına heç bir real ehtiyac yoxdur…Biz çoxlu pula qənaət edəcəyik”.

ABŞ mediası yazır ki, bu sözləri deyərkən hazırda Nyu Cersidə işçi məzuniyyətdə olan Trump-ın zarafat edib-etmədiyi məlum olmayıb.

Putin ötən ay demişdi ki, Birləşmiş Ştatlar Rusiyadakı səfirlik və konsulluq işçilərini 755 nəfər ixtisar etməlidir. Bu, ötən il 35 Rusiya diplomatının ABŞ-dan qovulmasına gecikmiş cavab addımı idi.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: