NATO Putinin Abxaziyaya səfərinə təəssüf etdiyini bildirib

NATO və Gürcüstanın Xarici İşlər Nazirliyi  Vladimir Putinin Abxaziyaya səfərinə münasibət bildirib.

Alyans nümayəndəsi Dilan Uayt Rusiya prezidentinin Tbilisinin razılığı olmadan Abxaziya getməsinə görə təəssüfünü bildirib.

Onun fikrincə, belə bir ziyarət “Regionda münaqişəni sülh yolu ilə həll etmək üçün beynəlxalq səyləri sarsıdır”. Bu halda NATO “Gürcüstan regionlarında  Abxaziya və Cənubi Osetiyanın statusunu dəyişdirilməsi cəhdini heç vaxt tanımayacaq”  Uayt vurğulayıb. Bu barədə TASS məlumat verib. 

Gürcüstan Xarici İşlər Nazirliyi də  Putinin Abxaziyaya səfərinə rəsmi etirazını bildirib. Tbilisi Moskvanı “təxribat hərəkətlərini dayandırmaq və suveren dövlətin ərazi bütövlüyünə hörmət etməyə” çağırıb. 

Xatırladaq ki, bu günlərdə  Vladimir Putin Abxaziyaya səfər edib. Qondarma respublikanın rəhbəri  Raul Xacimboyla danışıqlar zamanı o, Rusiya “Abxaziyanın təhlükəsizliyini və müstəqilliyini etibarlı təminatçısıdır,” deyib. Eyni zamanda, Putin iki ölkə arasında “xüsusi əlaqələrin” inkişaf etmiş olduğunu vurğulayıb. 

Rusiya liderinin səfəri Gürcüstanda 9 il əvvəl baş vermiş Cənubi Osetiya silahlı münaqişəsinin  ildönümü ilə bağlı olduğu qeyd edilir. Bu hadisələrdən  sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Heybət Əmrah

bastainfo.com

 

%d bloqqer bunu bəyənir: