Rəsulzadənin kitablarına qadağa qoyuldu

1 Saylı Bakı İstintaq Təcridxanasında M. Rəsulzadənin kitabları qadağan olunub.

Bu barədə Samir Əsədli məlumat verib. Samir Əsədli bildirir ki, “1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı M.Rəsulzadənin kitablarını istəmişdi. Biz də Rəsulzadənin 3 kitabını apardıq, kitabları geri qaytarıb Əfqana vermədilər.”

“Bu hakimiyyət mənsubları Rəsulzadədən, onun ideyalarından qorxduqları kimi kitablarından da qorxurlar. Şərləyib həbs etdiklərinə də, Rəsulzadəni oxumağa imkan vermirlər.” -Samir Əsədli əlavə edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: