Lənkəranda ağır qəza: 2 nəfər öldü, 5 nəfər xəsarət aldı

Lənkəran rayonunun Liman şəhərində ağır qəza baş verib, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin “VAZ”-ın sürücüsü və sərnişini olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Xəsarət alanlar – Astara sakini 1984-cü il təvəllüdlü  Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.      

Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin “VAZ”-ın sürücüsü və sərnişini olduğu bildirilir.   

lenkeranda agir qeza bas verib 2 nefer olub 5 nefer xesaret alib yenilenib

lenkeranda agir qeza bas verib 2 nefer olub 5 nefer xesaret alib yenilenib

lenkeranda agir qeza bas verib 2 nefer olub 5 nefer xesaret alib yenilenib

lenkeranda agir qeza bas verib 2 nefer olub 5 nefer xesaret alib yenilenib