Ortaya tökülən camaşırlar və İntəhasız həyasızlıq

Könül Alı

 

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilmiş “Azərbaycan Camaşırxanası” (Azerbaijani Laundromat) adlı gizli fond ilə bağlı araşdırma və onun Beynəlxalq ictimaiətdə verdiyi əks-səda.

2, 9 milyarddan danışmazdan öncə İlham Əliyevin bir neçə ay öncə Evronewsə müsahibəsinə baxsaq jurnalistin ölkədəki ifadə azadlığı, siyasi məhbuslarla bağlı suallarına konkret cavablar vermək əvəzinə prezidentin söhbəti necə fırlatdığının şahidi oluruq.

Xərclənən milyardlardan, verilən hədiyyələrdən asılı olmayaraq, satın alınan bəzi beynəlxalq “siyasətçilərdən”, “jurnalistlərdən” fərqli olaraq vicdanlı, işini bilən beynəlxalq ictimaiət nümayəndələrinin(siyasətçilər və jurnalistlər) daha çox olması faktı danılmazdır.

Eynilə Evronewsin muxbiri Laura Davidescu kimi

Jurnalist sual verir.

-Sizin ölkəni köhnə postsovet diktaturası ilə idarə etməniz iddialarına münasibətiniz necədir?

İlham Əliyev təxminən belə cavab verir.

–Biz inkişaf etdikcə dünya dövlətləri bizə təzyiq göstərməyə çalışır və sairə…

Prezident İlham Əliyev Azərbaycan ictimaiətinə yad olmayan cümlələr səsləndirir.

Jurnalist

-Muxalifətə, öz rəqiblərinizə rəqabət üçün niyə şərait yaratmırsınız?

Azərbaycan müxalifətininin “zəif” olmasını iddia edən İlham Əliyev iddiasını belə əsaslandırır.

Özünün müxalifətə total təzyiqinin yox, bu “zəifliyi” məhz ölkədəki inkişafla əlaqələndirərək müxalifətin tənqidini hər kəsin yersiz hesab etdiyini, bu üzdən də, müxalifətin dəstək görmədiyini, zəif olduğunu bildirir.

Azərbaycandakı “inkişafı” ikrah doğuran köpüklü rəqəmlərlə səsləndirən İlham Əliyev ölkədəki inkişaf nağıllarından, işsizliyin aradan qaldırılmasından, yoxsulluq səviyyəsinin haradasa yox səviyyəsinə endirilməsindən danışaraq jurnalistin “Niyə müxalifətə bərabər rəqabət aparmaq imkanı vermirsiniz?” -sualına verdiyi cavabları əsaslandırmağa çalışır.

Nəhayət, Beynəlxalq güclərin Azərbaycanın daxili işlərinə qarışmasını nəzakətsizlik kimi qiymətləndirən Əliyev jurnalistin ironik üz ifadəsi ilə qarşılaşır…

Bu videoreportaj aylar öncə olub

Bu gün isə Azərbaycanın hakim elitasının 2.9 milyard dolları gizli şəkildə avropalı siyasətçilərə və jurnalistlərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə etdiyi bildirilən “The Guardian” nəşrində “Azərbaycan Camaşırxanası” adlı araşdırma yazı yayımlanıb. Dünyanın ən məhşur və oxunaqlı, öndəgedən nəşrlərinin dərc etdiyi bu biyabırçı yazı Beynəlxalq media və ictimaiətdə şok effekti verib.

Bayaq sözünü etdiyim reportajı xatırlatmaqda məqsədim odur ki, satılmağa hazır olan xislətsiz insanlara yanaşı Laura Davidescu kimi sözündə bütöv, hədəfinə vurmağı bacaran jurnalistlər də, var. Yəqin ki, avtoritar idarəetmənin şiddətinin daha kəskin olacağı zamanlarda da, belələri olacaq. Həyatda sözün əsl mənasında hər şey pul deyil. Şərəf, ləyaqət, işinə, tutduğu məqama sayqılı insanlar da, var. Dediyim kimi istənilən zaman kəsiyində də, olacaq. 2,9 milyarda satılanlar, bu cinyatdə əli olanlar, vasitəçilik və tərəfdaşlıq edənlərin isə ər ya gec ifşa olunacağı qaçınılmazdır.

Bu məqalə nəşr olunan adi məqalələrdən biri deyil. “Azərbaycan Camaşırxanası” (Azerbaijani Laundromat) adlı gizli fond ilə bağlı araşdırma, Avropa qəzetləri konsorsiumu tərəfindən aparılıb və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilib.

Bunun Azərbaycan hökumətinin imicinə hansı formada təsir etdiyini – yaranmış rəyi düşünmək belə dəhşətdir. Pula, sərvətə həris ölkə idarəçilərinin yeraltı və yerüstü sərvəti ilə bol olan bir xalqın necə aşağı səviyyədə yaşaması, yoxsulluğun pik həddə çatmasından asılı olmayaraq törətdikləri cinayət yolverilməzdir.

Məlumatı inkar edən prezident Adminstrasiyası faktlar təqdim olunmasına baxmayaraq ittihamı rədd edir, prezidentin və ailəsinin bu işə bulaşdırıldığını ədalətsiz və təxribatçı cəhd olduğunu bildirən Bəyanat verir.

Bəyanat həmçinin OCCRP-ya dəstək verən Açıq Cəmiyyət İnstitutun təsisçisi maliyyəçi George Soros-u “saxtakar” və “fırıldaqçı” adlandıraraq onun “çirkin əməlləri çox ciddi şəkildə araşdırılma”sını tələb edir. Aydın məsələdir ki, İttihamlara qarşılıq xarakteri daşıyan bu bəyanat məhz “cirkli camaşırlar” ın ortaya tökülməsinə görədi.  Verilən bəyanatlar, qalxan rolu daşıyan açıqlamalar bundan sonra bir əhəmiyyət daşıyacaqmı? Əsla.

Öz hərəkətiylə Azərbaycanın bir “krallıq” olduğunu sətiraltı mənalarla yox, açıqca etiraf edən Azərbaycan hökuməti bu paylaşımlardan həmən sonra OCCRP-n dərc olunduğu saytın Azərbaycana çıxışını dayandırdı.

Mənim ölkəmin daxili işlərinə heç kim müdaxilə edə bilməz fikrində möhkəm dayanan İlham Əliyev Beynəlxalq gücləri satın almaqla ölkədə keçirilən antidemokratik seçkiləri ağlamaq, ifadə azadlığını boğmaq məqsədi ilə şərləyərək həbs etdiyi jurnalistləri, siyasətçiləri, Vətəndaş Cəmiyyəti nümayəndələrinin işini batırmaq üçün əlindən gələni elə bu xalqın pulunun güçünə etdi.

Öz əlimizlə özümüzü vurdu misalı…

Çünki Azərbaycandakı avtoritar idarəetmənin qaydalarına görə onlar həmişə haqlıdır – xalq haqsız. İnfilyasiyanı bəhanə edərək xalqı “Qənaət” rejiminə soxub, özləri xalqın özbə-öz sərvətini ofşor şirkətlərdə havaya sovuran yetkililər gözlərini qırpmadan etdilər bunu. Xalqla hesablaşmadan taladılar xalqın sərvətini.

Siyasi hakimiyyəti uzatmaqdan ötəri,  xalqın seçkiyə həvəs ruhunu öldürmək üçün əlindən gələni edən mövcud hakimiyyət, Beynəlxalq aləmi də, satın almaq arzusundan əl çəkməyib. Nəticə də, ortada. Hələ bu 2,9 milyard ifşa olunanıdı. Nə bundan öncə açıqlanan 48 milyardlıq rüsvayçı oğurluqdan nə də, başqa maxinasiyalardan danışmırıq. Bu günün mövzusu budur. “Azərbaycan Camaşırxanası” nın yuduğu 2,9 milyard.(!)

Oğurlanan pulların mənbəyini yumaq üçün istifadə olunan bankların ikisinə Şotlandiyada yerləşən Birləşmiş Krallıq (BK) şirkətləri vasitəsilə ötürüldüyü bildirilir. Bu banklar da, çoxdan bağlanıb. 

Ən dəhşətlisi odur ki, araşdırmada adı gedən əməliyytda ayrı-ayrı şəxslər yox ölkənin nazirlikləri də, pul yuyub. Hansı məqsədlə!?

Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin fonda 9 milyon dollar ödədiyi bildirilir.

Niyə?! Nəticə nədir?

…ölkə üçün hansı faydalı iş görülüb?

Təbii ki, satın almaq, siyasi hakimiyyətlərini uzatmaq, zavallı xalqı daha çox istismar etmək,  Beynəlxalq Təşkilatların şərait yaratmaqlarını sağlamaq üçün.

2012-ci ildə “Kürü Diplomatiyası. Azərbaycanlılar Avropa Şurasını necə susdurublar”məqaləsi dərc olunanda, 2010 və 2013-cü ildə Azərbaycanda saxtakarlıqla keçirildiyi iddia edilən parlament və prezident seçkiləri Avropa Şurası Parlament Assambleyası üzvləri tərəfindən necə susdurulub?”,  2013-cü ildə AŞPA üzvləri Azərbaycan insan haqlarına səs verməyərək rədd etmişdi . Niyə?,,, – ölkədəki dissidentlərin mühacirətə getməsi, ya həbs olunmasını, belə şəffaf məsələni AŞPA niyə araşdırmaqdan çəkinmişdi?…

Bu kimi faktların təsdiqini və açıqlamasını tapdığı bu araşdırma mövcud hökumətin nə dərəcədə tükünü tərpədəcək bilmirəm.

Çünki dediyim kimi Evronewsin jurnalistinə cavabında bir ölkənin daxili işlərinə qarışmağın Beynəlxalq aləm üçün “nəzakətsizlik” olduğunu vurğulayan İlham Əliyev yəqin ki, camaşırların ortaya tökülməsini də, yalnız nəzakətsizlik hesab etdi.

Hərdən öz-özümə düşünürəm. Görəsən bunlar kənardan özlərinə baxırlarmı? Bu qədər itici imicə sahib olmaq və bunu dərk etmək(əgər edirlərsə), dərk edərək bu yükü çəkmək  çətin deyil ki?

Bu “camaşırxana” ifşa olundu. Xalqın reaksiyası isə sıfır. Yenə “siyasətə qarışmır”. Belə davam edərsə bundan sonra başqa “camaşırxana” lar işə düşəcək. İfşa olunmayanlar, daha şifrəsi möhkəm, daha etibarlı. Susqunlar ölkəsinin olan-qalanı da, eyni məqsədlər üçün, daha təyinatlı dağıdılacaq. Öz taleyinə biganə xalq isə gözləyəcək. Ta Prezident Adminstrasiyasının təkzib verməsinə baxmayaraq, vəzifə üçün alışıb-yanan Tofiq Zülfüqarovlar ortaya çıxınca. Ki, 2,9 milyardın lobbiçilik və ölkənin beynəlxalq nüfuzuna xərcləndirdiyini etiva edən bəyanatlarla çıxış etsin – Təkzib olunmuş milyardları xeyirə yönləndirsin. Üstəlik də, məsələdən xali olanlara dərs keçsin.

Bunun adı bilirsiniz nədi? “Başımıza cəvəran hörən qaraçılara tab gətirmək kimi bir şey.” –İntəhasız həyasızlıq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: