Müsavat AKM üzvləri Litvada aksiya keçirdi – Foto

Dünən Müsavat AKM-in Litva Respublikasında yaşayan üzvləri Azərbaycanın Litvadakı səfirliyi qarşısında aksiya keçiriblər. Bu barədə “Basta” ya məlumatı aksiya iştirakçıları verib.

Məlumata görə, Müsavat AKM üzvləri Sənani Nəsirov, Azad Həsənov, Cavid Imanov və Təranə Həsənovanın iştirakı ilə “Siyasi Məhbuslara Azadlıq!” tələbi ilə aksiya keçiriblər. Aksiya iştirakçıları aksiyalarını uğurla başa vurub, yetərincə diqqət çəkə biliblər. İştirakçılar Gözəl Bayramlıya, İlqar Məmmədova, Əfqan Muxtarlıya və digər siyasi məhbuslara azadlıq tələb edilən şüarlar səsləndiriblər.

Əlavə edək ki, Müsavat AKM rəhbərliyindən Əhməd Cəlaloğlu “Basta” ya Müsavat AKM üzvləri və Litvada yaşayan müsavatçıların, Müsavat sevdalılarının Müsavat AKM Litva Koordinatorlugunu yaratmaq istədikləri barədə məlumat verib.

Əhməd Calaloğlu bildirib ki, Müsavat AKM rəhbərliyi Litva koordinatorluğunu yaratmaq istəyən mühacirlərə dəstəyini əsirgəməyəcək.

Xatırladaq ki, bu il Musavat AKM bir neçə dəfə “Siyasi məhbuslara azadlıq!” şuarı ilə aksiya keçirib. Son olaraq bir həftə öncə Müsavat AKM “Mehman Əliyevə azadlıq!” tələbi ilə aksiya keçirib.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: