“Ailə şərəfi” pakistanlı sevgililərin elektrik vasitəsilə öldürülməsinə səbəb oldu

Kəraçi şəhərində evlənmək məqsədilə birlikdə qaçmaq  istəyən bir-birini sevən pakistanlı yeniyetmə  cütlük  elektrik vasitəsilə qətlə yetirilib. Bu barədə “The Independent”  polisə istinadən xəbər yayıb.

Hadisəyə səbəb şübhəlilər – hər iki ailənin nümayəndələri saxlanılıb. Əvvəlcə 15 yaşlı Baxt Can öldürüb və torpağa gömülüb, ertəsi gün 17 yaşlı sevgilisi Rəhman eyni üsulla qətlə yetirilib.

Qəyyumluq orqanlarına əsasən, öldürülmüş gənclərin ataları, dayıları və birbaşa istintaqdan gizlənən yerli tayfa şurasının 30 nümayəndəsi qətldə şübhəli bilinir.

Nəşrin yazdığına görə, valideynləri razılığa gələrək gənclərin  toylarına hazırlaşsalar da, ağsaqqallar şurası məsələyə müdaxilə edib. Gənclərin yaxınlarını təhdid ediblər ki, əgər onlar şərəflərini ölümlə yumasalar, onları böyük problemlər gözləyir. 

Nəşr qeyd edir ki, şərəfin qorunması ilə bağlı cinayətlərin qurbanları çox hallarda qadınlar və qızlar  olur, adətən ailə üzvünə qarşı qardaşları tərəfindən törədilir.

2016-cı ilin oktyabrında Pakistanda şərəf cinayəti üçün cəzanı sərtləşdirən qanun təsdiq edildi. Əvvəllər, əgər ailə üzvləri qatili bağışlasaydılar, o, cəzadan azad edilir və münaqişə tərəflərin razılığı əsasında həll olunurdu.

 Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: