Şimali Koreya yenə raket buraxdı

Sentyabrın 15-də Şimali Koreya daha bir raket sınağı həyata keçirib. Bu barədə Reuters  Cənubi Koreya hərbçilərinə istinadən xəbər  yayıb.

Hadisə ilə əlaqədar Birləşmiş Ştatlar və Cənubi Koreyanın bir sıra ölkələrdəki səfirliklərinin birgə toplantısı keçirilib.

Amerika və Cənubi Koreya hərbçiləri buraxılmış raketin analizni müzakirə ediblər.

Cənubi Koreya Baş Qərargahının məlumatına görə,  raket maksimal hündürlük 770 kilometr olmaqla 3700 kilometr məsafə qət edib.

Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Tokio xəbər verir ki, raket yapon adalarının üzərindən uçub.  “Şimali Koreyanın buraxdığı raket yerli vaxtla 7:04  – 7:06  arasında Yaponiya üzərindən uçaraq Erimo, Hokkaydo məntəqələrindən 2000 kilometr aralı düşüb”, -Yaponiyaya hökumətinin  verdiyi məlumatda deyilir.

Eyni zamanda, məlumatda qeyd edilir ki, bu saata raketin buraxılışı il bağlı təyyarə və gəmilərə hər hansı zərər dəyməsi barədə  heç bir informasiya yoxdur.

Sentyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının KXDR-ə qarşı yeni sanksiya qətnaməsi qəbul edilib. Qətnaməyə görə, Şimali Koreyaya neft məhsullarının buraxılması məhdudlaşdırılır. Eyni zamanda xam neftin çatdırılmasına limit müəyyən edilir. Həmçinin Koreya qaz kondensantları ala və tekstil məhsulları sata bilməyəcək. Bununla belə, Təhlükəsizlik Şurası altıtərəfli danışıqların yenidən bərpa çağırışını ifadə edərək bu danışıqları dəstəkləməyə hazır olduğunu  bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Şimali Koreya qitələrarası ballistik raket üçün hidrogen mühərrik başlığının uğurlu yeraltı sınağını elan edib. Sentyabrın 6 -da təqdim edilən Yapon mütəxəssislərinin son seysmoloji məlumatları göstərir ki, partlayışın gücü təxminən 160 kilotondur.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: