Dövlət yoxa çıxıb, küçə müharibəsi başlayır?

“Novaya Qazeta” Rusiyada müxalifətçilərə və vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı baş verən zorakılıqlara qarşı dövlət orqanlarının laqeyd münasibətini kəskin tənqid edən məqalə dərc edib. Məqalədə deyilir: “Dövlət  çoxluqdan fərqli düşünən insanları qorumaqdan imtina edir.

Müxalif fəallar, hüquq müdafiəçiləri və müstəqil jurnalistlərin ovlanması mövsümü davam edir.

Julia Latınina ailəsi şəxsi təhlükəsizliyə təhdid səbəbindən xaricə getmək məcburiyyətində qaldı.

Müxalifət liderlərindən biri Navalnının Moskva qərargahının rəhbəri  Nikolay Lyaskinə hücum edilib – o, başından aldığı xəsarət səbəbindən xəstəxanalıq oldu.

Yerli sakinlər Nemtsovun evində onlara hücum edən öküzdən özlərini müdafiə etmək məcburiyyətində qalırlar.

Bu cür cinayət hadisələri üzrə heç bir iş qaldırılmır və ya qaldırılmış işlər araşdırılmır. Quldurların cəzasızlığı yeni hücumlara səbəb olur”.

Məqalə bu sözlərlə bitir: “Biz artıq dövlət “zorakılığa qarşı nəzarətini itirir” deyəcəyik. Dövlət geri çəkilib, onun xarabalıqları üzərində bir küçə müharibəsi başlayır”.

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: