London metrosunda partlayışla bağlı şübhəli saxlanılıb

İngiltərənin Kent qraflığının polisi London metrosunda törədilən hücumla əlaqədar 18 yaşlı şəxsi saxlayıb.

Bunun ardınca polis qüvvələri Surrey qraflığında yerləşən Sunbury şəhərindəki evlərdən birində axtarış keçirir. Ətraf evlərin sakinləri bu müddətdə təxliyə olunublar.

18 yaşlı şəxs şənbə günü ölkənin cənub-şərqindəki Dover dəniz limanı rayonunda yaxalanıb. O, hazırda yerli polis bölməsində qalır, lakin onun Londona aparılacağı gözlənilir.

Polis şübhəli barədə əlavə məlumat verməyib.

Cümə günü Britaniya paytaxtının cənub-şərqindəki Parsons Green metro stansiyasında baş vermiş partlayış nəticəsində 29 nəfər xəsarət alıb.

Qatarda yerləşdirilən əldəqayırma partlayıcının tam partlamadığı bildirilir.

Təhlükəsizlik məsələləri üzrə BBC müxbirinin verdiyi xəbərə görə, bomba tam partlasa idi insidentin “daha ağır nəticələri” ola bilərdi.

BagƏldəqayırma partlayıcının tam partlamadığı bildirilir.

Təhlükə xəbərdarlığı

Ötən gündən etibarən ölkə boyunca terror təhlükəsi üzrə xəbərdarlıq ən yüksək – kritik səviyyəyə qaldırılıb.

Bu hücumun hər an baş verə biləcəyinə işarə edir.

Hazırda həyata keçirilən Temperer əməliyyatı üzrə tədbirlər təhlükəsizliyin təminatına hərbiyyənin cəlb olunmasını nəzərdə tutur.

BBC-ə danışan daxili işlər nazirinin müavini Ben Wallace deyib ki, partlayışa görə məsuliyyət daşıyan “bomba və ya bombaçıların” axtarışı həyata keçirilir.

Polis müşahidə kameralarındakı görüntüləri təhlil etməkdədir.

İslam Dövləti adlandırılan qruplaşma bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürüb.

Parsons Green stansiyası şənbə günü yenidən açılıb.

Police at Parsons Green the day after the attack

Parsons Green stansiyası şənbə günü yenidən açılıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: