Müsavatın İmişli təşkilatı konfrans keçirdi

Müsavatın daha bir təşkilatı ümumi yığıncağını keçirdi.

Divan üzvü Razim Əmiraslanlının “Basta” ya verdiyi məlumata görə, bu gün Müsavat Partıyası İmişli rayon təşkilatı ümumi yığıncağını keçirib.

Məlumata görə toplantıda Müsavat Partiyası Təşkilat Departamentinin müdiri Söhrab Məhərrəmov və MNTK üzvü Əliş Əzizov iştirak edib.

İmişli rayon təşkilatının sədr əvəzi Səxavət Quliyevin hesabat nitqi dinlənildikdən sonra Müsavat Partiyası Təşkilat Departamentinin müdiri Söhrab Məhərrəmov ölkədəki ictimai-siyasi vəziyyət, dünyada gedən prosseslərin Azərbaycana təsirindən və eyni zamanda rayon təşkilatının qarşısında duran vəzifələrdən danışıb.

Gizli səsvermə ilə keçirilən seçkinin nəticəsinə görə Saxavet Quliyev İmişli Rayon Təşkilatının sədri seçillib.

Həmçinin qurumun 3 nəfərdən ibarət NTK-sı, və 9 nəfərdən ibarət Şurası formalaşıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: