Yeni Yasamalda aksiya keçirildi – Polis müdaxilə etdi

Bu gün Yeni Yasamal qəsəbəsindəki Bünyadzadə küçəsi, ev 15 ünvanında yaşayan bir qrup sakin aksiya kieçirib.  

Bu haqda “Basta”ya Müsavatın Səbail rayon təşkilatının sədri Zakir İsmayıl məlumat verib.

Mənbə xəbər verir ki, 775 mənzilin olduğu və “Beliy Lebed” MTK tərəfindən tikilən bu binada yaşayanlar onlara kupça verilməməsinə etiraz edirlər.

“MTK-nın rəhbərliyi camaatın haqlı etirazını dinləmək əvəzinə, hadisə yerinə  polis çağırdı. Polis aksiyaya müdaxilə etdi və etirazın təşkilatçısı kimi tanınan Vüsal adlı şəxsi sorğu-suala tutdular” – Zakir İsmayıl bildirib.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: