Arif Hacılıdan Qiyasın atasına açılan “cinayət işi” nə sərt təpki

“Qiyas İbrahimov məzmununda təhqir belə olmayan cümləsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib”.

Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb. Bu məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində bu sözləri yazıb.

“Yalnız Qiyas İbrahimova münasibətinə görə hakimiyyətin fərqli düşüncəyə dözümsüzlüyünü, intellektual gəncliyi məhv etmək niyyətində olduğunu və əndazəsiz qisasçılığını müəyyən etmək mümkündür.

– Qiyas İbrahimov məzmununda təhqir belə olmayan cümləsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. 
– Qiyas İbrahimov elminə, zəkasına görə fərqlənən, belə müsabiqələrin qalibi olan gəncdir. 
– Qiyas İbrahimovun həbsi ilə rahat olmayan hakimiyyət indi də onun atası haqqında cinayət işi qaldırıb.”

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: