Avropa Məhkəməsi müsavatçı gəncin şikayətini təmin etdi

Avropa Məhkəməsi bu gün Azərbaycanla bağlı daha bir qərarını elan edib. Hüquqşunas Xalid Ağayevin verdiyi məlumata görə, məhkəmə Müsavat Partiyasının üzvü Tural Hacıbəylinin şikayətini təmin edib.

Qeyd edək ki, Tural Hacıbəyli, 2011-ci ilin mart ayında Müsavat Partiyasının Fəvvarələr Meydanında keçirdiyi dinc aksiyada saxlanılaraq, inzibati həbsə məruz qalmışdı.

Avropa Məhkəməsi Tural Hacıbəylinin Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 11 (Sərbəst toplaşmaq azadlığı) və 13-cü (Səmərəli müdafiə vasitələri) maddələrdə nəzərdə tutulan hüquqların pozuntusunu tanıyıb. Qərara görə, hökumət T.Hacıbəyliyə 10 min 500 avro (8 min Ərizəçiyə dəymiş mənəvi zərərə, 2 min 500 avro isə hüquq məsrəfləri) ödəməlidir.

Şikayətçini Avropa Məhkəməsində İntiqam Əliyev təmsil edib.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: