Keçmiş nazirin bacısı tutduğu vəzifədən azad olunub

Bakıdakı 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Məmmədova işdən öz ərizə əsasında çıxarılıb.

Qeyd edək ki, M. Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.

Təhsil Nazirliyi bir neçə gün əvvəl liseydə araşdırma aparıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: