AMB şənbə gününü banklar üçün iş günü elan edib

Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.

APA-Economics” bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:

“Milli Ödəniş Sisteminin İştirakçılarına.
Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.

Xahiş edirik, nəzərə alasınız”.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: