“Tiranın uzun əli sərhəd tanımır”

The Washington Post qəzetinin baş məqaləsində jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib həbs edilməsi işıqlandırılır. Qəzet müəllifləri Azərbaycan prezidenti İlham Əliyevi avtoritar metodları təkmilləşdirməkdə və başqa diktatorial rejimlərin metodlarından yararlanmaqda ittiham edir.

İlham Əliyev qeyri-liberal vasitələrin elə ustasına çevrilib ki, o özü elə indilərdə diktatura üzrə seminar keçməyə başlaya bilər.

“Biz bilirik ki, diktatorlar bir birlərindən metodlar və taktikalar öyrənir: xaricdə qərargahlanmış qeyri-hökumət təşkilatlarını qapatmaq, hər ağacın arxasında “xarici agent” gizləndiyi haqda xəbərdarlıq etmək, internetdə azad sözü boğmaq… Ola bilsin ki, İlham Əliyev sərhədlərdən kənarda dissidentləri oğurlayıb ölkəyə gətirməyi Çindən öyrənib,” redaksiya heyəti yazır.

“İlham Əliyev qeyri-liberal vasitələrin elə ustasına çevrilib ki, o özü elə indilərdə diktatura üzrə seminar keçməyə başlaya bilər.”

Redaksiya müəllifləri Əfqan Muxtarlının Azərbaycan hökuməti tərəfindən oğurlanıb həbs etdirməsinə Avropa və ABŞ-ın verdiyi rəsmi reaksiyaların zəifliyindən narazılığını ifadə edir.

“Dövlət Departamenti qısa bəyanatında oğurlanmadan narahat olduğunu deyib. Bu cür mülayimlik cənab Əliyevin düşüncəsində təsdiqləyə bilər ki, Prezident Trampın rəhəbrliyi altında ABŞ insan haqlarını, qanun aliliyini vecinə almır.”

Jurnalist Əfqan Muxtarlı Bakıda məhkəməyə gətirilir

Jurnalist Əfqan Muxtarlı Bakıda məhkəməyə gətirilir

Qəzet rəhbərliyi bu məsələdə Gürcüstanın oynadığı qaranlıq rola da diqqət çəkir.

“Avropa İttifaqına, demokratik ideallara can atan millət görəsən Azərbaycan hökumətinin sərhədlərarası adam oğurluğunda iştirak edibmi?” sual olunur. Əlavə olunur ki, indiyədək Gürcüstan rəhbərliyi oğurluq fakti ilə bağlı ortaya konkret heç nə çıxarmayıb.

Ola bilsin ki, İlham Əliyev sərhədlərdən kənarda dissidentləri oğurlayıb ölkəyə gətirməyi Çindən öyrənib.

The Washington Post Gürcüstan hökumətini məsələyə aydınlıq gətirməyə və rəsmi Bakını Əfqan Muxtarlını azad etməyə çağırır.

“Yaxşı olardı ki, daha çox hökumət cənab Əliyevin iyrənc kələklərini pisləsin. Ola bilsin, bu, tiranın imkanlarını məhdudlaşdıra,” redaksiya məqaləsi tamamlanır.

XATIRLATMA

Gürcüstandan oturum izini alan jurnalist Əfqan Muxtarlı mayın 29-u müəmmalı şəkildə həbs edilib. Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun dediyinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

%d bloqqer bunu bəyənir: