AzTV sədrindən Baş prokurora rəsmi şikayət edildi: Alışanov qalmaqalı böyüyür

AzTV sədri Arif Alışanovun öz biznes ortağı Şücaət Əkbərovu şərləyərək həbs etdirməsi ittihamı ətrafında qalmaqal böyüyür.

Ötən həftə atasının şərlənərək həbs olunduğunu bildirən Cəmilə Tağıyeva “Basta”nın redaksiyasına müraciət göndərmişdi. Müraciətdə AzTV-nin sədri Arif Alışanovun barəsində şok ittihamlar yer almışdı.

Bu gün isə “Basta”ya Ş.Əkbərovun keçmiş həyat yoldaşı Sadıqova Səlimə Ənvər qızının Baş prokuror Zakir Qaralova ünvanlanan ittiham dolu rəsmi muracitənin surəti daxil olub.

Müraciəti təqdim edirik:

 

“Keçmiş ərim Əkbərov Sücaət Allahverdi oğlu 16 yanvar 2017-ci il tarixdə “AzTV” QSC-nin İdarə Heyətinin sədri   Alışanov Arif  Nizam oğlu tərəfindən  birbaşa təşkil etdiyi sünü sübutlar əsasında həbs edilərək qərəzli şəkildə əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci, 178.3.2-ci və s. maddələri ilə ona ittiham elan edilmişdir. Alışanovun sabiq ərimi həbs etdirməkdə məqsədi Ş.Əkbərova olan 860.000 manat borcunu qaytarmamaq və ondan 1.300.000 manat dəyərində aldığı torpaq sahəsinin ödənilməmiş qalan 1.200.000 manatını ödəməmək və bizə, eləcədə  yaxınlarımıza məxsus 2.000.000 manat dəyərində olan əmlaklarımızı əvəzsiz olaraq ələ keçirmək  olmuşdur. “AzTV” QSC-nin İdarə Heyətinin sədri   Alışanov Arif  Nizam oğlu keçmiş ərim Ş.Əkbərovu  həbs etdirdikdən sonra ibtidai istintaqın elə ilkin mərhələsində niyyətini həyata keçirmək məqsədi ilə  əmlaklarımızı  ehtimal edilən cinayət yolu ilə əldə edilən pulla əldə edilib-edilməməsini  gözləmədən istintaq və  prosessual qaydada  sənədləşdirmə aparılmadan ayrı təsərrüfatda olmağıma və təqsirləndirilən şəxslə 3 il əvvəl nikahlarımızın ləğv edilməsinə baxmayaraq   mənə, sabiq ərimə və qohumlarıma məxsus təxmini 2.000.000 manat dəyərindən çox  olan daşınar və daşınmaz əmlaklarımızı təkid,  məcburetmə, zorakalıq, hədə-qorxu təsiri altında qanunu sahiblərdən öz işçısi Camalın adına Etibarnamə aldıraraq, sonradan bu əmlakları qızı Nigarın və bacınız qızı Nilufərin əvəzsiz olaraq  müküyyətlərinə keçirtdirmiş  və nəticədə bizə küllü məbləğdə zərər dəymişdir.

“ cənab”  Faktlara müraciət edək: mənim  2005-ci ildə əldə etdiyim  Şamaxı rayonun Nağaraxana kəndindəki  evimi  A.Alışanovun işçisi Nəbiyev Camal Qədim oğlunun adınazorakılıqla və aldatmaqla etibarnamə alınmış, sonuncu ilə Cəfərova Nilufərin vəkalətli nümayəndəsi Elyasov Bəxtiyar Süleyman oğlu arasında  AN-1 0604751 saylı, 13 fevral 2017-ci il tarixli Alqı –Satqı Müqaviləsi bağlanmış və mülk əvəzsiz olaraq A.Alışanovun bacısı qızı Cəfərova Nilufər Vidadi qızının,  həmin rayonun  Çuxuryurd  kəndində yerləşən mənə məxsus 6,5429 ha torpaq sahəsinə  yenə Nəbiyev Camalın adına etibarnamə alınmış və yene də Camalla  Nilufərin vəkalətli nümayəndəsi Elyasov Bəxtiyarla aralarında AN-1 0604720 saylı, 26 yanvar 2017-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanmaqla bu torpaq sahəsidə əvəzsiz olaraq Cəfərova Nilufərin, yenə də  adımdan təzyiq və aldatma yolu ilə Camal Nəbiyevin adına Etibarnamə alınmış və həmin şəxslə Nilufərin adından çıxış edən  Elyasov Bəxtiyar arasında həmin torpaq sahəsinin alqı-satqısına dair AN-1 0593297 saylı, 17 fevral 2017-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanaraq əvəzsiz olaraq Nilufər Cəfərovanın, yenə həmin şəhərin Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv/m olan fərdi yaşayış evimə dair   yenə də Alışanovun sadiq işçisi  Nəbiyev Camalın adına məndən təzyiq və aldatma yolu ilə Etibarnamə alınmış və yenədə  Nilufərin etibarnamə üzrə nümayəndəsi Elyasov Bəxtiyar arasında  AN-1 0593312 saylı  21 fevral 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqısına Dair Müqaviə bağlanmış və bu əmlakda Cəfərova Nilufərin  əvəzsiz olaraq mülküyyətinə verilmişdir.

Daha sonra  Şamaxı rayonun Mədrəsə kəndində yerləşən  mülkün sahibəsi- Şıxıyev Aysel Fazil qızı polis idarəsinə aparılmış,məcburetmə və  təzyiq altında atası Fazilin adına etibarnamə alınmış və sonuncuda bu  mülkünü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanmaqla A.Alışanovun qızı Əlişanova Nigar Arif qızının mülküyyətinə əvəzsiz olaraq vermişdir. 

 Eləcədə,  Hüseynova Zahirənin Şamaxı rayonun Nağaraxana kəndindəki 5 ha. torpaq sahəsi,  Müsabi Namazovun Şamaxı rayonun  Çuxuryurd kəndindəki ferması və həmin rayonun Nağaraxana kəndindəki evi,  və  Şücayət Əkbərovun özünün 14 yanvar 2017-ci ildə həbsə alınmasına baxmayaraq onun həbsindən bir neçə gün sonra  Şamaxı rayon Polis Şöbəsinə  aparılaraq ora notarius dəvət edilərək təzyiq və təhqir altında ( öz deməsinə görə ) onun  Şamaxı rayonun  Çuxuryurd kəndindəki 5,066 ha torpaq sahəsini Arif Alışanovun işçisi Nəbiyev Camal Qədim oğlunun adına Etibarnamə yazdırılmış və sonuncuda az sonra həmin torpaq sahəsini  A.Alışanovun bacısı qızı Cəfərova Nilufər Vidadi qızının vəkalətli nümayəndəsi Elyazov Bəxtiyar Süleyman oğlu ilə arasında həmin torpaq sahəsinə dair  AN-1 0604719 saylı 26 yanvar 2017-ci il tarixli Alqı- Satqı müqaviləsi bağlanılmaqla  bütün sadalanan bu  əmlaklar məcburetmə, aldatma və hədə təsiri altında əvəzsiz olaraq  A.Alışanovun qızı Nigarın   mülküyyətlərinə əvəzsiz olaraq keşirilmişdir.

 Aşkar cinayət törədilməsinə baxmayaraq Şamaxı və Samux rayon prokurorları qərəzli şəkildə qanunvericiliyin və vəzifə səlahiyyətlərinin tələblərinə tam zidd olaraq hesab edirlər ki, “ əmlaklarımızın hədə-qorxu, aldatmaq və zorakılıqla ələ keçirilməsi mülkü mübahisədir “.

 Halbuki, CPM-nin 87.1-ci maddəsinə görə  “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır”.   CM-nin 182.1-ci maddəsinin dispozisiyasına görə isə “ hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan dogər hərəkətlər etməsini tələb etmə “də ifadə olunur.

 Daha sonra “AzTV” QSC-nin İdarə Heyətinin sədri   Alışanov Arif  Nizam oğlu  vəzifəsinin ona verdiyi nüfuzundan və əlaqələrindən sui-istifadə etməklə cinayət məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş içtimai təhlükəli əməllərini təqsirli olaraq törədilməsini davam etdirərək  17 yanvar 2017-ci il  tarixdə Şamaxı rayonundakı təsərüfatlarımda yerləşən  və mülküyyətimdə  olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq müqaviləsinə əsasən alınmış aşağıda adları göstərilən kənd təsərrufatı texnikalarımı,

  1. Otbiçən (rotorlu) AGS165;
  2. Kotan 5 gövdəli asma təkərl P5
  3. Yemqıran qoşulan LKS-FGWS
  4. Gübrəsəpən asılan LKS-FS 800
  5. Yemqarışdıran stasionar elektrikli Lukas

 Ç.           kotan 4 gövdəli təkərli p4

  1.      Traktor Belarus-892-ni,yəni  özgənin əmlakını  saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla açıq şəkildə texnikalatın təhkim olunmuş şəxslərin yanında talayaraq qanunsuz olaraq mənimsəmişdir. Faktiki istifadə və sahibliyimdə  olan texnikalar A.Alışanov tərəfindən  özbaşınalıqla talan edilərkən  aramızda hər hansı bir sənədləşmə aparılmamış, razılığım soruşulmamış  və bu hadisədən məlumatsız olmuşam. Həmin texnikalar qanunsuz olaraq 9 aya yaxındır ki, A.Alışanovun Sabirabad, Zərdab və s. rayonlarındakı fermer təsərrüfatlarında istismar olunur.  Buna baxmayaraq “Aqrolizinq” tərəfindən mənə 18 avqust 2017-ci il tarixdə Pretenziya göndərilərək məndən 4455 manat ödəniş tələb edilmişdir. Bu halda hesab edirəm ki, A.Alışanovun əməllərində CM-nin 180.3.3-cü maddəsinin tərkib əlamətləri vardır.

    Daha sonra “AzTV” QSC-nin İdarə Heyətinin sədri   Alışanov Arif  Nizam oğlu fermer təsərrüfatımda olan 46 baş iri buynuzlu, 200 baş xırda buynuzlu heyvanlarımızı, 100 –dən çox hinduşkalarımızı, 300 yaxın toyuq cücələrimiz, tonlarla anbarda olan taxıllarımızı heç bir sənədləşmə aparmadan istintaq orqanın xeyir-duası ilə açıq şəkildə talan etmişdir. Maraqlısı odur ki, istintaq orqanı adi vətəndaş tərəfindən şəxsin bir quzusu açıq şəkildə talan edildiyi halda həmin şəxsin barəsində dərhal cinayət işi başlayır və barəsində həbs qət imkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verir. Bu halda isə aşkar cinayət törətmiş şəxs  “AzTV” QSC-nin İdarə Heyətinin sədri   Alışanov Arif  Nizam oğlu olduğundan bu cənabın barəsində cinayət işi başlanılmır. Mənim və yaxınlarımızın əmlaklarını öz ata-baba malları kimi A.Alışanovun mülküyyətinə verirlər.

      Halbuki, CM-nin 6.1-ci maddəsində göstərilən “ cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və… əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara və digər içtimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar “. Bu Məcəllənin 6.2- ci maddəsinə görə “ Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə… heç kim cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz”. Bu normaların şərhinə görə törədilən eyni kriminal əmələ görə  sıravi vətəndaşların və vəzifəli şəxslərin, habelə xüsusi səlahiyyət üzrə fəaliyyət göstərən şəxslərin arasında fərq qoymur, onlar eyni əsaslarla məsuliyyət daşıyırlar. CPM-nin 85.2.1.-ci maddəsinə görə  isə  mustəntiq törədilmiş…cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər  və əsaslar olduqda cinayət işi başlamaq…. cinayətin acılması,  işi hərtərəfli ,tam və obyektiv araşdırılması ucun zəruri tədbirlər görməlidir. Həmin məcəllənin 85.3.-cu maddəsinə əsasən  isə  cinayət işi uzrə ibtidai istintaqı aparan mustəntiq istintaq və digər prosessual hərəkətləri qanuni və vaxtında aparılmasına görə məsuliyyət daşıyır.  CPM-nin 8.0.3-cu maddəsinə görə …cinayət təqibi ilə bağlı butun halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin məcəllənin 8.0.4.-cu maddəsinə görə isə cinayəti törətmiş şəxsləri ifşa  və cinayət məsuliyyətinə cəlb etmək cinayət muhakimə icraatının vəzifəsidir “.  

       Bununlada tam təsdiq olunur ki, A.Alışanov faktiki olaraq bu müddət ərzində lızınqlə mənə verilmiş kənd təsərüfatı texnikalarından  və təsərüfatdakı inzibati binalardan, torpaq sahələrindən, heyvanlarımızdan, ev quşlarından, taxılımızdan və s.  məni məhrum etməklə qanunui sahibkarlıq fəaliyyətimi dayandırmış və  nəticədə əldə edəcəyim gəlirlərdən də məni məhrum etmişdir. A.Alışanovun qanunsuz hərəkətlərinin  nəticəsində təsərrüfatın fəaliyyəti dayandırılmış  hər hansı gəlir əldə etməmişəm və mənə küllü məbləğdə zərər dəymişdir.

Bütün yazılarımla Azərbaycan  Respublikası Baş Prokurorluğunun                                       Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin, eləcədə Şamaxı və Samux rayon Prokurorlarının  fəaliyyətlərini tənqid edirəm  və rəhbərlərdən xahiş edirəm ki,  Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş “ hamı qanun və məhkəmə qarşısında bərabərdir” prinsipi olan əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşsınlar,  bizdən zorla Müxalifət yaradıb pozulmuş hüquqlarımızın bərpa harayı ilə küçələrə salmasınlar .  A.Alışanov aşkar törətdiyi cinayət   əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilsin, bu iş üzrə o zərərçəkmiş şəxs kimi tanınsın və A.Alışanovun talan etdiyi əmlaklarımız saz vəziyyətdə bizə qaytarılması təmin edilsin.

 Əks təqdirdə mən “AzTV” QSC-nin İdarə Heyətinin sədri   Alışanov Arif  Nizam oğlunun törətdiyi kriminal əməlləri barəsində olkə rəhbərinə, xarici ölkələrin kütləvi infarmasiya vasitələrinə, xarici ölkələrin səfirliklərinə  müraciət edəcəyəm.Başqa çıxış yolumuz qalmamışdır, bütün əmlaklarımız qanunsuz yolla əlimizdən alındığı halda Prokurorluq tədbir görmür və açıqdan açığa  qərəzli mövqe göstərərək  A.Alışanovu müdafiə edirlər.

 Hörmətlə, S.Ə.  Sadıqova

Bastainfo.com

%d bloqqer bunu bəyənir: