İsrailin qadın hərbçiləri – FOTO

Bu günlərdə İsrailin qadın hərbi qulluqçuları populyar “Instagram” sosial şəbəkəsində səhifə yaradıblar.

“Basta” nın Lent.az-a istinadən verdiyi məlumata görə, qızların “Instagram” hesabı artıq 50 mindən çox izləyiciyə malikdir.

Bir çox istifadəçilər qeyd edirlər ki, silahlı qızlar olduqca seksual görünürlər və hərbi forma onlara çox yaraşır. Bu forma heç də onların gözəlliklərini və qadınlıqlarını azaltmır.

Bəzi KİV-lər isə qeyd edirlər ki, israilli qadın hərbçilərin şəkillərinin yayılması ilə “Gözəllik dünyanı xilas edəcək” deyimi daha yeni bir məna kəsb edir.

Qeyd edək ki, İsraildə qadınların da hərbi xidmət keçməsi məcburidir. İsrail qanunvericiliyinə görə, zərif cinsin nümayəndələri ölkənin, demək olar, bütün ordu növlərində hərbi xidmət keçə bilərlər.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: