Moskva ABŞ-ın CNN telekanalını Rusiya qanunlarını pozmaqda ittiham edir

Rusiyada mediaya nəzarət edən agentlik – Roskomnadzor ABŞ-ın CNN telekanalını Rusiyada yayın lisenziyasının qaydalarını pozmaqda ittiham edib. Pozuntuların nədən ibarət olduğu açıqlanmır.

Azadlıq Radiosunun xəbərinə görə, Roskomnadzor-un sentaybrın 29-da yaydığı məlumatda deyilir ki, CNN rəsmiləri agentlikdə görüşə dəvət ediliblər və onlara “Rusiyada kütləvi informasiya vasitələri barədə qanunun pozulması ilə əlaqədar xəbərdarlıq edilib”.

Interfax agentliyinə verdiyi şərhdə Roskomnadzor-un başçısı Aleksandr Jarov bəyanatın siyasi motivli olduğu barədə iddiaları rədd edib.

Roskomnadzor-un sədri Aleksandr Jarov

Roskomnadzor-un sədri Aleksandr Jarov

Jarov deyib ki, “mən siyasi idarədə işləmirəm, tənzimləyici idarədə işləyirəm”.

Bundan başqa sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putin ölkə Təhlükəslzik Şurasının yığıncağında demişdi ki, xaricdəki Rusiya media qurumları artan və “qeyri-məqbul” təzyiqlərlə üzləşir.

Rusiyanın Xarici İşlər Nazirliyinin bundan bir gün əvvəl verilmiş bəyantında deyilirdi ki, Birləşmiş Ştatlar Rusiyanın RT xəbər şəbəkəsini Amerikada qeydiyyatdan keçməyə məcbur etməklə onun üzərinə əsassız təzyiqlər edir.

Nazirliyin sözçüsü Mariya Zaxarova Birləşmiş Ştatları “qanundan qərəzli və siyasi motivlərlə istifadə etməkdə” təqsirləndirmişdi. O əlavə etmişdi ki, Rusiya tərəfi bu hərəkətlərə adekvat cavablar verəcək.

Marqarita Simonyan

Marqarita Simonyan

RT-nin baş redaktoru Marqarita Simonyan sentyabrın 29-da deyib ki, onun rəhbərlik etdiyi qurumun ABŞ-da qeydiyyatdan keçməsi agentliyin işini sadəcə olaraq mümkünsüz edə bilər. O da demişdi ki, Rusiya müvafiq cavab addımları atacaq.

Birləşmiş Ştartlarda Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair bir neçə paralel təhqiqatlar aparılır.

ABŞ kəşfiyyatı RT və Sputnik media qurumlarının Rusiyadakı “korrupsiyalı hakimiyyətin qulluğunda” olduğunu bidlirib. Bundan başqa Rusiya dövlətinə bağlı bu qurumların ABŞ seçkisinə müdaxilədə iştirak etdiklərinə inanılır.

Rusiya ABŞ seçkisinə müdaxilə etdiyini danır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: