Müsavat başqanının Almaniyaya səfəri davam edir

Müsavat Partiyasının başqanı Arif Hacılının Almaniyaya səfəri davam edir. Müsavat başqanı dünyanın bir çox ölkələrinin siyasi, ictimai, dövlət xadimlərinin iştirakı ilə Almaniyanın Köln şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edir.

“Bu həftə Almaniyada Teodor Hoss Akademiyasında 
dünyanın müxtəlif ölkələrindən olan siyasi partiya, ictimai təşkilat rəhbərlərinin, dövlət xadimlərinin görüşündə iştirak edirəm”, – ArifHacılı özünün feysbuk səhifəsində yazıb. 

Qeyd edək ki, postsovet məkanı, Avropa, Amerika, Afrika, Asiya qitələrindən olan siyasi partiya, ictimai təşkilat rəhbərlərinin iştirak etdiyi bu tədbirdə Azərbaycanı Müsavat başqanı təmsil edir. 

“Təcrübə mübadiləsi, ölkələrdə olan siyasi vəziyyət və başqa mövzularda müxtəlif institutların professorları, Bundestaq deputatları ilə müzakirələr aparırıq. Belə mötəbər tədbirdə Azərbaycanı təmsil etmək çox xoşdur. Mənə çox faydalıdır, Müsavat və Azərbaycan üçün də faydalı olacağı qənaətindəyəm”, – Arif Hacılı vurğulayıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: