Müsavatın 4 təşkilatında seçkilər keçirildi: Siyəzəndə polis iclas keçirilən binanı mühasirəyə aldı

Bu gün Müsavat Partiyasının 4 müxtəlif rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Bakıda, Müsavat Partiyasının mərkəzi qərargahında Suraxanı rayon təşkilatının yığıncağında partiya başqanının müavini Elman Fəttah və MNTK üzvü Mübariz Bədirxanlı iştirak ediblər.

Elman Fəttahın “Basta”ya verdiyi məlumata görə, yığıncaqda alternativ əsaslarla keçirilən gizli səsvermədə Ərzulla Buludov yenidən rayon təşkilatının sədri seçilib.

Bu slaydşou üçün JavaScript lazımdır.

***

Bu gün Kürdəmidrə Müsavat Partiyasının yerli təşkilatının konfransı keçirilib. Konfransda Divan üzvü Razim Əmiraslanlı, Təşkilat Departamentinin müdiri Söhrab Məhərrəmli, MNTK üzvü Əliş Əzizov iştirak ediblər.

Razim Əmiraslanlının verdiyi məlumata görə, gizli səsvermə ilə Baha Mikayılov rayon təşkilatının sədri seçilib. Konfransdə həmçinin sərbəst Şura üzvləri və NTK üzvləri seçilib.

Bu slaydşou üçün JavaScript lazımdır.

*** 

Bu gün Siyəzəndə Müsavatın yerli təşkilatının konfransı keçirilib. Konfransda Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MNTK sədri Sevinc Hüseynova və Məclis üzvü Zakir Məmmədzadə iştirak ediblər.

Gülağa Aslanlının “Basta”ya verdiyi məlumata görə, gizli səsvermə yolu ilə Mərdan Mehdili rayon təşkilatının sədri seçilib.

“Yığıncaq Mərdan Mehdilinin mənzilində keçirildi. Bu mənzilin olduğu 5 mərtəbəli binanı polis mühasirəyə alıb. Hiss olunur ki yerli hakimiyyət narahat olub. Rayon təşkilatının üzvlərinə təzyiq var. Buna baxmayaraq yüksək səviyyədə iclas və seçki keçirildi”, – Gülağa Aslanlı bildirib.

***

Bu gün Ağcabədi rayonunda da Müsavatın yerli təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasda Müsavatın Divan Üzvü Başqanım Abbasova və MNTK üzvü Çingiz Əli iştirak ediblər.

Çingiz  Əlinin “Basta”ya verdiyi məlumata görə, gizli səsvermə yolu ilə Rəşid Nəcəfli rayon təşkilatının sədri seçilib, təşkilatın Şurası və NTK-sı formalaşıb.

Bu slaydşou üçün JavaScript lazımdır.

Mustafa Hacıbəyli

Bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: