Las-Veqasda ölənlərin sayı 58 nəfərə çatdı – Yenilənib

Las-Veqas polisinin verdiyi məlumata görə, bazar gecəsi bir nəfər kountri musiqi konserti zamanı atəş açaraq ən azı 58 nəfəri öldürüb,500-dən çox insanı yaralayıb.

Las-Veqas polis şerifi Cozef Lombardo atəş açan şəxsin artıq öldürüldüyünü və onun otel otağında çoxlu sayda silahın olduğu bildirib. Hücum edən şəxs 64 yaşlı Stefen Paddokdur. Polis bildirib ki, Paddokun keçmişi haqqında araşdırma hələ tamamlanmayıb, amma onlar hesab edirlər ki, o, təkbaşına hərəkət edib.

Hücumun motivləri bəlli deyil. Lakin İslam Dövləti qrupu hücumun məsuliyyətini üzərinə alaraq, hücumçunu bir neçə ay əvvəl İslamı qəbul edən “əsgəri” adalandırıb.

ABŞ-ın kəşfiyyat orqanları İŞİD-in iddiasında xəbərdar olduqlarını və hazırda bunun nə qədər həqiqətə uyğun olduğunu araşdırdıqlarını bildirib.


Las Veqas polisinin verdiyi məlumata görə, bazar gecəsi bir nəfər kountri musiqi konserti zamanı atəş açaraq ən azı 50 nəfəri öldürüb, 400-dən çox insanı yaralayıb. Bu, ABŞ tarixinin ən ölümcül atışma hadisəsidir.

Hadisə yerindən yayılan videoda davamlı silah atəşləri açıldığı, insanların gizlənməyə çalışdıqları və qışqıraraq konsert keçirilən yeri tərk etdikləri görünür.

Konsert iştirakçılarından biri bu sözləri deyib: “Atəş dayanmadan davam edirdi. Arada çox kiçik fasilələr olurdu. Amma elə təəssürat var idi atəş 20 dəqiqə davam etdi. Hər dəfə pauza olanda biz qaçmağa cəhd edirdik. Mən uzun müddət əmin deyildim ki, bu, həqiqi güllələr idi. Sonra həmin güllələrdən biri yanımızda olan bir şəxsə dəydi.”

Las Veqas polis şerifi Cozef Lombardo atəş açan şəxsin artıq öldürüldüyünü və onun hotel otağında çoxlu sayda silahın olduğu bildirib. Hücum edən şəxs 64 yaşlı Stefen Paddokdur. Polis bildirib ki, Paddokun keçmişi haqqında araşdırma hələ tamamlanmayıb, amma onlar hesab edirlər ki, o, təkbaşına hərəkət edib.

Polis müxbirlərə deyib ki, atəş açan şəxs konsertin keçirildiyi məkan ilə üzbəüz, küçənin əks tərəfində yerləşən Mandalay Bay kazinosunun 32-ci mərtəbəsində olub.

Şerif Lombardo deyib ki, polis daha çox məlumat əldə etmək üçün həmin şəxslə bir otaqda yaşayan qadın axtarışdadır.

Konsert zamanı öldürülənlər arasında vəzifə başında olmayan polislər də var.

Hadisədən sonra insanlar Las Veqasın məşhur turist məkanında yerləşən bir çox oteldə sığınacaq axtarıb. Yaxınlıqda yerləşən Las Veqas Beynəlxalq Hava Limanı müəyyən müddətə bağlanıb.

%d bloqqer bunu bəyənir: