Müsavat Məclisinin sessiyası keçiriləcək

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda  əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Görülən işlərlə əlaqədar Müsavat Partiyasının Siyəzən, Ağcabədi, Kürdəmir və Suraxanı rayon təşkilatlarında keçirilən növbəti hesabat-seçki yığıncaqları haqqında  məlumatlat dinlənilib.

Müsavat Partiyası Məclisinin növbəti sessiyasının 21 oktyabrda keçirilməsi barədə qərar qəbul edib. Sessiyada Məclis üzvləri seçkilərinin keçirilməsi, namizədlərin irəli sürülməsi və digər Nizamnamə prosedurlarının təşkili partiyanın Seçkilər və Təşkilat departamentlərinə tapşırılıb.

Divan növbəti dəfə Müsavat Partiyasına efir vaxtı ayrılması tələbi ilə İctimai TV-yə rəsmi müraciət göndərilməsini qərarlaşdırıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniya səfəri, avropalı siyasətçilərlə keçirdiyi görüşlər, onlarla aparılan müzakirələr barədə Divana geniş məlumat verib. Qeyd edib ki, əsas müzakirə edilən mövzu siyasi dəyişikliklərlə bağlı olub.

Divan Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər planı layihəsinin hazırlanıb Məclisin sessiyasına təqdim edilməsi haqqında qərar qəbul edib. Divanda ölkədə və dünyada gedən siyasi prosesləri, yenidən aktuallaşmağa başlayan “Xalqların öz müqəddəratını təyin etmə”si, “Ölkələrin ərazi bütövlüyü” prinsipləri ətrafında geniş müzakirə edilib. 

%d bloqqer bunu bəyənir: