ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub

Oktyabrın 3-ü ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlərdən ötrü tikilən yeni məktəb binasının açılışı olub.

ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub

ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da iştirak edib.

Səfir deyib ki, bu, ABŞ Müdafiə Departamentinin humanitar yardım proqramı vasitəsilə Azərbaycanda həyata keçirilən 16-cı məktəb layihəsidir. O vurğulayıb ki, 17-ci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır.

“On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsi üçün 5 milyon dollar ayırıb”.

Səfirin dediyinə görə, 1992-ci ildən indiyə qədər ABŞ Azərbaycana 1 milyard 300 milyon yardım göstərib.

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə çıxışında 350 nəfərlik yeni məktəbin inşasında göstərdiyi yardıma görə ABŞ-ın Azərbaycandakı səfəri Robert Sekutaya xüsusi təşəkkürünü ifadə edib

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanıb. 1992-ci ildən ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr yaranıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: