Müsavat başqanı Xasay Fərzullaya oxunan hökm barədə

Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Bu məsələyə münasibət bildirəm Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində status yazaraq bu sözləri deyib.

“Hakimiyyət qərəzli, repressiya siyasətini davam etdirir. 

Müsavat Partiyası Məclisinin üzvü Xasay Ferzullaya yol qəzası hadisəsinə görə 2.6 azadlıqdan məhrumetmə cəzası verildi. 

Analoji hallarda bəzən ümumiyyətlə cəza verilmədiyi və ya qat-qat yüngül cəza verildiyi halda Müsavat nümayəndəsinə sifarişlə mümkün olan ən yüksək cəza təyin edildi. 

Hakimiyyətin fəaliyyət tarixinə Avropa Məhkəməsində uduzulacaq daha bir iş, daha bir qara ləkə həkk olundu.”

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kənd ərazisində baş verib. X.Fərzulla öz avtomobilində hərəkətdə olan zaman Bədəlan kənd sakini, piyada Rauf Tağıyevin qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: