Xədicə İsmayıl polisə çağırıldı – Yenilənib

Xədicə İsmayıl polis bölməsinə Milli Şuranın təyin etdiyi mitinqə görə çağırılıbmış. Araşdırmaçı-jurnalist bölmədən qayıtdıqdan sonra özünün feysbuk səhifəsində polilə onun arasında olan dialoqu yazıb:

“-Salam, niyə çağırmısız?
– Mitinqə gedirsiz, ona görə.
– Mitinqə gedəndə adamı polisə çağırırlar?
– Sizin şərti cəzanıza nəzarət bizim polis bölməsindədir. Harda yaşayırsız?
– Qeydiyyatda olduğum ünvanda, qardaşımgildə. Hərdən anamla qalıram
– Biz bir aydır ünvanı izləyirik, siz ora gəlmirsiz.

– Yaxşı izləmirsiz. Gəlirəm.
– İzahat yazın nənə, baba, bibi, dayı, qardaş, bacı, bütün qohumlar barədə məlumat verin.
– Niyə?
-Profilaktik yığım.
-Mənim yaşayış ünvanıma bağlı adamlar haqda suallara cavab verə bilərəm. Qalan adamlar barədə məlumat verməyi qeyri-etik sayıram.

O dedi, mən dedim. Mən dedim, o dedi. Axırda yazdım, yaddaşım pozulub, qohumları xatırlamıram. Arada evə zəng eləyiblər, evdə qalıb qalmadığımı yoxlayıblar”.

**

Keçmiş siyasi məhbus, araşdırmaçı jurnalist Xədicə İsmayıl Polis bölməsinə çağırılıb.

Xədicə İsmayıl bu barədə öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, polis onu axtarır. 

“Anamın ünvanı üzrə polis bölməsinə çağırıblar. Deyirlər, yarım saatlıq işimiz var. Deyirəm, qeydiyyat və yaşayış yerim başqa ünvandır, çağırış vərəqəsi göndərin, görüm, niyə çağırırsız.” – Xədicə İsmayıl bildirib.

Xədicə İsmayıl əlavə edib ki, artıq Polis bölməsinə gedir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: