Xasay Fərzullanın barəsində çıxarılan hökmə Müsavat AKM-dən ETİRAZ

Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) oktyabrın 3-də Masallı Rayon Məhkəməsinin Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzullaya qarşı çıxardığı hökmü pisləyən bəyanat yayıb.

Müsavat AKM-in mətbuat xidmətindən “Basta”ya təqdim olunan sənəddə deyilir:

Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin etirazlarına rəğmən, siyasi müxalifətə qarşı repressiv siyasətini davam etdirməkdədir. Oktyabrın 3-də Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qanunsuz hökm çıxarıb. Məhkəmənin gedişində ittiham tərəfi cinayət işində hər hansı ağırlaşdırıcı halın olmadığını, əksinə yüngülləşdirici halların olduğunu etiraf etsə də, sifariş icra edən məhkəmə Xasay Fərzullanın barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçib. Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) Xasay Fərzullanın barəsində seçilmiş qanunsuz hökmün ləğv edilməsini, Azərbaycan siyasi repressiyalara son qoyulmasını və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

22195234_1094937820643764_3588585475853118305_n

 

%d bloqqer bunu bəyənir: