Azərbaycana 20 sm qar yağdı

“Basta” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki,  oktyabrın 03-ü gündüzdən 04-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi-Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə zonasında 2-9, Naxçıvan MR-da 3-15 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 13, Ləzədə 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 sm təşkil edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: