İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib

İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib.

“Basta” Hürriyyətə istinadən xəbər verir ki, C. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib. Məlumata görə İraq televiziyası Yurtsevərlər Birliyi Partiyasının başqanı Təlabaninin vəfat etdiyini bildirib.

1933-cü il təvəllüdlü C. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub. Xəbərdə deyilir ki, onun səhhəti 2012-ci ilin dekabrında pisləşib. Bir neçə gün öncə C. Təlabani komaya düşüb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: