Masazırda avtomobillər suyun altında qaldı – VİDEO + YENİLƏNİB

Masazır qəsəbəsində bir neçə avtomobilin suyun altında qalması barədə məlumat yayılıb.

“Qafqazinfo” əməkdaşları hadisə yerində baş çəkərək hazırkı durumu lentə alıblar. 

“Aysu” Qida Sənayesi şirkətinin qarşısından başlayaraq təxminən 300 metr ərazinin əksər hissəsi suyun altında qalıb. Bir metrdən artıq dərinliyi olan gölməçə nəticəsində 100-ə yaxın avtomobil də gölməçədə “qərq olub”. 

Həmin avtomaşınlar uzun müddətdir orada saxlanılır. Belə ki, bu avtomobillər “Bank Standart” vasitəsilə kreditə götürülən, lakin ödənişi tamamlanmayan maşınlardır. Buna görə də bank tərəfindən geri alınaraq burada dayanacağa qoyulub. 

Su yığıntılarının ərazisinə toplandığı daha bir şirkət isə “Aysu Qida Sənayesi”dir. Şirkətdən bildirilib ki, onlara bu hadisədən böyük ziyan dəyməyib: “Bizim şirkətin ərazisində azca su yığılmışdı, onu da təmizləmişik”.

Lakin “Bank Standart”ın əməkdaşlarından hadisə yerinə gələn, suyun altında qalan avtomobillərin taleyi ilə maraqlanan olmayıb.

***

Bakı Sumqayıt yolunun Masazırdan keçən hissəsində avtomobillər suyun altında qalıb.

Oxu.Az xəbər verir ki, güclü yağış səbəbindən ərazidəki şirkətlərdən birinə məxsus dayanacağı su basıb.

Kadrlardan aydın görünür ki, 10-dan artıq avtomobil suyun altındadır.

Həmin görüntüləri təqdim edirik:

 

%d bloqqer bunu bəyənir: