Müsavatın Səbail təşkilatının sədri polisə çağırıldı – Yenilənib

Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl Milli Şuranın oktyabrın 7-nə təyin etdiyi mitinqlə bağlı sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb.

Bu haqda “Basta”ya məlumat verən Zakir İsmayıl bildirib ki, idarədə onu Cinayət Axtarış şöbəsinin rəisi polkovnik-leytenant Bəxtiyar Bayramov iki saatdan artıq müddətdə dindirib.

“Mən cavabında bildirdim ki, Müsavat Partiyası qanun çərçivəsində mübarizə aparır, mən bu partiyanın əsgəriyəm. Partiyanın verdiyi bütün qərarları yerinə yetirməyə hazıram. Bakı  Şəhər İcra hakimiyyəti ilə razılasdırılmış mitinqlərdə iştirak etmək isə heç bir qanun pozuntusu deyil. Biz də o mitinqdə iştirak edib-etməməkdə azadıq”, – Zakir İsmayıl bildirib.

***

Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl bu gün Səbail rayon Polis İdarəsinə çağırılıb.

Bu haqda “Basta”ya məlumat verən Zakir ismayıl dəvətin səbəbini dəqiq bilmədiyini deyib.

“Dedilər ki, polis idarəsinə gəlməlisiz. Saat 15:00-da ora gedəcəm”, – Zakir İsmayıl bildirib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: