Dərsliklərdə ciddi səhv – FOTO

“3-cü sinifdə oxuyan uşaq bir neçə testi həll etmək üçün məndən kömək istədi. Testlərə baxdım və heyrətləndim. Belə şeylərə bəzən əhəmiyyətsiz xırdalıq kimi baxırıq. Amma bütün bədbəxtliklərimiz bunlardan başlayır deyə, ictimailəşdirmək istədim”.

Milli.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, 3-cü sinif üçün nəzərdə tutulan “Qiymətləndirmə” adlı kitabda yol hərəkəti ilə bağlı suallarda ciddi səhvlər var: “Bu kitabda yol hərəkətinə dair 6-cı və 7-ci suallara baxın. 6-cı sualın düzgün cavabı variantlar arasında, ümumiyyətlə, yoxdur. Həm də variantların hamısında terminoloji səhv var. 7-ci sual isə lap “gül vurmaq”dır. Sən demə, işıqfor da nişandır, biz bilmirik…”

Ekspertin fikrincə, məktəb dərsliklərində belə səhvlərə yol verilməsi cəmiyyət üçün təhlükəlidir: “Bu ktabın 7 müəllifi var. Bilmirəm, onlardan sürücülük hüququ olan var, ya yox? Məncə, zəif sürücü də bu səhvlərə yol verməməlidir. Əsas problem isə bu deyil, yanaşma tərzidir. Belə elementar səhv kitabda necə dərc oluna bilər? Məsuliyyət hissimizi bu qədərmi itirmişik? Belə yanaşma ilə biz hara gedirik, nəyə nail oluruq?!”

%d bloqqer bunu bəyənir: