“Elçibəyin silahdaşını itirdik” – MSDM nekroloq yaydı

Milli Strateji Düçüncə Mərkəzi (MSDM) professor Rafiq bəy İsmayılın vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

Milli azadlıq hərəkatının önəmli simalarından biri, tarix elmləri doktoru, professor Rafiq bəy İsmayıl dünyasını dəyişib.

Görkəmli şərqşunas, alim-pedaqoq, vətəndaş-ziyalı, Elçibəyin silahdaşı, əqidəsinə sadiq mübariz hərəkatçı və müsavatçı, yüksək savadı və intellekti ilə seçilən Rafiq bəy İsmayıl hər zaman istiqlalın və azadlığın, haqqın və ədalətin yanında durmağı bacardı.

Rafiq bəyin xatirəsi onun əqidə dostlarının, tələbələrinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

%d bloqqer bunu bəyənir: