İraq ordusu Havica şəhərini geri aldı

Rəsmilərin bildirdiyinə görə, bu gün İraq ordusu Havica şəhərini İslam Dövlətindən geri alıb.

İraqın şimalında, Suriya ilə sərhəd yaxınlığındakı Havica şəhəri İslam Dövlətinin son istehkamlarından idi.

Ordunun 9-cu zirehli diviziyası, Federal Polis, Təcili Reaksiya komandaları və Xalq Mobilizasiya qruplaşmaları Havicanı azad ediblər.

Şəhərə daxil olan İraq odusunu bayraqlarla qarşılayan sakinlər əsgərlərə minnətdarlıq edib.

“Ordunun 9-cu zirehli diviziyası, Federal polis, Təcili Reaksiya komandaları və Xalq Mobilizasiiya qruplaşmaları Havicanı azad ediblər,” deyə birləşmiş əməliyyatlar komandanı General Leytenant Əbdül Əhməd Rəşid Yaralla bildirib.

Hücum əməliyyatlarında ABŞ-ən dəstəklədiyi İraq Ordusu və Xalq Mobilizasiyası adlanan İranın dəstəklədiyi şiə yarı-hərbi qüvvələri iştirak edib.

BMT minlərlə insanın ilişib qaldığı, 12 500-ə qədər insanın isə qaçmağa məcbur olduğu Havica və onun ətraf bölgələrində əməliyyatlar sentyabrın 21-dən başlayıb.

Kərkükdə məskunlaşmış etnik azlıqların bəzi nümayəndələri bu yaxılarda Kürdüstan müstəqilliyi üzərinə keçirilən referendumda səs verməkdən imtina ediblər.

Kərkükdə məskunlaşmış etnik azlıqların bəzi nümayəndələri bu yaxılarda Kürdüstan müstəqilliyi üzərinə keçirilən referendumda səs verməkdən imtina ediblər.

Havicanın tutulması İraq ordusunu kürd peşmergələri ilə birbaşa təmasa gətirir. Peşmergələr hazırda həm Bağdad və həm də Kürdüstan regional Hökumətinin iddia etdikləri multi-etnik Kərkük şəhərinə nəzarət edir.

Bu yaxınlarda Kürdüstan müstəqilliyi üzərində keçirilən referendumda türkmən və ərəblərin yaşadıqları Kərkükün səsvermə keçirildiyi əraziyə daxil edilməsi Kürdüstan regional hökuməti ilə rəsmi Bağdad arasındakı münasibətləri gərginləşdirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: