Professor Rafiq bəy İsmayıl vəfat etdi – NEKROLOQ

Milli azadlıq hərəkatının önəmli simalarından biri, Müsavat Partiyası Məclisinin üzvü, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Rafiq bəy İsmayıl dünyasını dəyişib. Müsavat Partiyası Rafiq bəy İsmayılın vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olan, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən, 1992-93-cü illərdə Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Respublikasının Humanitar məsələlər üzrə Dövlət Müşaviri vəzifəsində çalışan, uzun müddət BDU-da müəllimlik fəaliyyəti göstərən Rafiq bəy İsmayıl məhz Beynəlxalq Müəllimlər günündə dünyasını dəyişdi.

Əqidəsinə sadiq mübariz müsavatçı, haqq yolundan dönməyən, yüksək savadı və intellekti ilə seçilən Rafiq bəy İsmayıl bütün şüurlu həyatı boyu istiqlalın və azadlığın, haqqın və ədalətin yanında durmağı bacardı. Rafiq bəyin xatirəsi onun əqidə dostlarının, tələbələrinin və müsavatçıların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

%d bloqqer bunu bəyənir: