Əliyev hakimiyyətinin Avropadakı əsas lobbiçisi istefa verdi

AŞ PA prezidenti Pedro Aqramunt vəzifədən getdiyini açıqladı

“Bu gün, özəl səbəblərə görə, Avropa Şurasının Parlament Assambleyasına rəhbərlikdən imtina etmək qərarına gəldim”.

Bu bəyanatı  Avropa Şurasının Parlament Assambleyasının prezidenti Pedro Aqramunt özünün tvitter səhifəsində yazıb.

aqramunt tvitter

Pedro Aqramunt AŞPA da Azərbaycan hakimiyyətinin əsas müdafiəçisi kimi tanınıb. Azərbaycan Avropa Şurasında siyasi məhbuslar və senzura ilə bağlı tənqidi hesabatlara qarşı çıxmaları üçün bir çox avropalı parlamentarlara ikra, zinyət əşyaları, qiymətli xalçalar, saatlar, smartfonlar, leptoplar, fahişələr və böyük məbləğdə pullar veriblər.

Bir neçə deputat Azərbaycanın onlara rüşvət təklif etdiyini təsdiqləyiblər. İtaliyalı xristian demokrat Luka Volonte isə Əliyev rejiminə aid bank hesabindan 2,3 milyon  avro pul aldığını etiraf edib. Volonte bu pulun müqabilində azərbaycanlı deputat və AŞ üzvü Elxan Süleymanova “siyasi məsləhət” verdiyini bildirib. Lakin İtaliya məhkəməsi Volonteni korrupsiyaya qurşandığından şübhələnərək, onun fəaliyyətini araşdırır.

Pedro Aqramunt uzun illər Azərbaycan üzrə məruzəçi olub və neftlə zəngin olan bu ölkədəki antidemokratik rejim haqqında “ürək qızdıran” hesabatlar hazırlayıb.

Aqramunt rusların şirnikləndirməsindən sonra Suriyanın zorbalı lideri Bəşər Əsədlə görüşüb.

Əlavə edək ki, AŞ PA-da uzun müddət Azərbaycanı təmsil edən deputat Səməd Seyidov Aqramuntun müdafiəsinə qalxmışdı. O, AŞ PA prezidentinin fəaliyyətinin korrupsiya şübhəsi ilə araşdırılmasını “əcinnə ovu” adlandırmışdı.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: