“Haqlı təzyiqlərdən, demokratik öhdəliklərdən yayınmaq mümkünsüzdür”

Avropa Şurasından çıxıb, AIHM-in (Avropa Insan Haqları Məhkəməsi) qərarlarının icrasından yayınmaqla, diktatorluq qurub avropanın müsbətlərindən faydalna bilməyəcəklər. 

Azərbaycan hökumətinin hakim dairələrinin ölkənin Avropa Şurasında qalmasının o qədər də, əhəmiyyətli məsələ olmadığı barədə verdikləri bəyanatları şərh edən Müsavat başqanının Xarici Siyasət Məsələləri üzrə müavini Səxavət Soltanlı bu sözləri deyib.

“Hakimiyyətin davranışlarından belə başa düşülür ki, Avropa Şurası ilə yollarını ayırmağa hazırlaşırlar. 

Bunu göstərən xeyli əlamətlər var. 

Bu yolla tənqidlərdən yaxa qurtaracaqlarını, beynalxalq konvensiyalardan irəli gələn haqlı tələbləri yerinə yetirməkdən yayınacaqlarını düşünürlər. 

Baxmayaraq ki, ən yuxarı səviyyədə Avropa Şurası ilə Avropa Birliyini, bu orqanların komissiyalarını səhv salır, qarışdırırlar, amma bilmirlər ki, bu gün AŞPA edən tələbləri sabah AB edəcək.

Haqlı təzyiqlərdən, demokratik öhdəliklərdən yayınmaq mümkünsüzdür.

AŞPA dan çıxarıqsa, daha kəsərli olan AB bu tələbləri bura qədər olduğundan daha sərt formada səsləndirəcək. 

Avropanın bir mərkəzi ilə konfrantasiyada olub digərləriylə “dost-qardaş” olmaq çətindir. 

Avropa təşkilatları heçnə olmayanda belə mənəvi olaraq biri-birinə bağlı olur.

Avropa Şurasından çıxıb, AIHM-in (Avropa Insan Haqları Məhkəməsi) qərarlarının icrasından yayınmaqla, diktatorluq qurub avropanın müsbətlərindən faydalna bilməyəcəklər. 

Hansı ki, bu gün Avropa Birliyi ilə müqayisədə avropa dəyərlərinə daha az söykənən Avropa Şurasının prezidenti diktatorlarla yaxın olduğu üçün istefaya getməyə məcbur edildi. 

Avropa Birliyində təmsil olunan hansısa səlahiyyətlinin öz xalqına qarşı amansız olan, siyasi məhbusları olan, mətbuatı sıxışdırılıb məhv edilən, sərbəst toplaşma azadlığı olmayan, polis hakimiyyəti quran ölkənin rəhbəri və höküməti ilə isti münasibət qurmasını gözləmək xam xəyaldır. 

Nəzərə alsaq ki, bundan sonra kimlərisə pulla ələ almaq da xeyli çətinləşib və əvvəlki qədər pulları da yoxdur vəziyyət biraz da dəyişir. 

Vəziyyət dəyişirsə, sən olduğun kimi qalıb, əvvəlki kimi davrana bilməzsən.”

 

Yazı Səxavət Soltanlının “Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: