“Dəyərli müəllimimi Beynəlxalq Müəllim Günündə itirdim…”

70-ci illərdə universitetin tarix fakültəsinin biz tələbələr tərəfindən ən yüksək qiymətləndirilən 3-5 müəllimindən biri…

Milli azadlıq hərəkatının önəmli simalarından biri, görkəmli şərqşunas-alim Rafiq İsmayılın ölümündən kədərləndiyini bildirən MSDM sədri İsa Qəmbər müəllimi barədə bu sözləri yazıb.

“Dəyərli müəllimimi Beynəlxalq Müəllim Günündə itirdim…

Görkəmli şərqşunas, alim-pedaqoq, vətəndaş-ziyalı, Elçibəyin silahdaşı, Müsavat partiyasının ölkəmizdə fəaliyyətinin bərpasında fəal iştirak etmiş mübariz hərəkatçı və müsavatçı Rafiq bəy İsmayıl həm də mənim müəllimim idi.

70-ci illərdə universitetin tarix fakültəsinin biz tələbələr tərəfindən ən yüksək qiymətləndirilən 3-5 müəllimindən biri…

Əbülfəz Elçibəy artıq həbs edilsə də onun ən yaxın silahdaşlarından biri Rafiq müəllim bizə dərs deyirdi…

Tanrı ruhunu şad etsin, Rafiq bəy!”

 

Yazı İsa Qəmbərin “Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: