Rusiyada avtobus qatarla toqquşdu: 17 ölü

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb.

APA-nın verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt-Peterburq – Nijni-Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03:30-da baş verib. Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub.

%d bloqqer bunu bəyənir: