Arif Hacılı yubilyarı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın Laçın təşkilatının sədr müavini İlqar Mahmudu 50 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Ilqar bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizənin fəal iştirakçılarından olmusunuz.

Siz Müsavat Partiyasının sıralarında ölkədə azad, demokratik cəmiyyətin qurulması uğrunda gedən mübarizədə fəal iştirak edirsiniz.

Hazırda Müsavat Partiyası Laçın rayon təşkilatının sədr müavini kimi partiyanın qərarlarının icrası, Müsavat ideologiyasının təbliği, fəaliyyətimizin genişlənməsi üçün çalışırsınız.

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə, kütləvi aksiyalarda fəal iştirak edirsiniz.

Siz 2003 -cü il 15-16 oktyabr hadisələri zamanı qanunsuz olaraq həbs olunmuş və inzibati orqanlar tərəfindən təziqlərə məruz qalmısınız.

Üzləşdiyiniz təziqlər zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.

Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli Ilqar bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: