Milli Şura mitinq keçirdi – Foto, video

ƏLİ KƏRİMLİ: “BURDAN DÜNYAYA KORRUPSİYA VİRUSU YAYILIR”

“Azərbaycan hökuməti gənclərdən qorxur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri mitinqdəki çıxışına belə başlayıb.

O, bundan evvəlki mitinq ərəfəsində saxlanan, inzibati qaydada həbs edilən cəbhəçilərdən danışıb.

“Bizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdəçıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər. Amma bundan əvvəllər də onlarla parlaq azərbaycanlı gənclərini həbsə doldurublar. Biz bütün Azərbaycan gənclyinə azadlıq istəyirik”.

Əli Kərimli bildirib ki, hökumətinəsas hədəfi təşkilatçılardır.

“Etiraz edənlərin qarşısını heçnə ilə ala bilməzlər. Elin güçü selin gücüdür. Bizim təşkilatçılar da qorxmazdır, onları qorxutmaq olmaz”, deyən Ə.Kərimli Milli Şuranın sentyabrın 23-də keçirdiyi mitinqində saxlanan gənclərin bir çoxunun sərbəst buraxıldığını, onların meydanda olduğunu bildirib və həmin şəxsləri salamlayıb.

“Biz xalqın təpəri ilə bu ölkədə haqsız yerə həbs edilmiş hər bir kəsin azadlığına nail olacağıq. Onlar da gəlib millətə təşəkkür edəcəklər”, Ə.Kərimli bildirib.

Onun sözlərinə görə, etiraza qalxan insanların əsas tələbi xalqın milyonlarını oğurlayıb, ofşor hesablara köçürənlərə dur deməkdir. O, vurğulayıb ki, körpə, əlil, qazi, ahıl malı yeyənlər, kimsəsizin son tikəsini ağzından oğrulayanlar bunun cəzasını çəkəcəklər.

Ə.Kərimli Azərbaycan hökumətini sərt tənqid edib.

“Hökumətin bu günkü siyasəti təhlükəlidir. Təkcə bizdən ötrü yox, bir çox başqa ölkələr üçün də təhlükəli hesab olunur. Onlar hesab edirlər ki, burdan dünyaya korrupsiya virusu yayılır. Azərbaycan üçün bu təhlükə ikiqatdır”, Ə.Kərimli bildirib.

**

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, Milli Şuranin mitinqi başlayıb.

Aparıcı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Vahid Məhərrəmlidir.

Aksiyanın əsas şüarı “Korrupsiyaya son, siyasi məhbuslara azadlıq!”-dır.

Mitinq başlandı. 7 oktyabr

Mitinq başlandı. 7 oktyabr

İNTERNET ZƏİFDİ

Müxalifətin bundan əvvəlki mitinqləri internet üzərindən canlı yayımlanıb.

Ancaq bu gün, oktyabrın 7-si mitinq keçirilən ərazidə internetin zəif olması səbəbindən aksiyanın sosial şəbəkələr üzərindən yayımı çətinləşib.

 

***

AXCP 5 ÜZVÜNÜN SAXLANDIĞINI DEYİR

“Ən narahatlıq doğuran məsələ odur ki, internetin sürətini tam aşağı salıblar. Halbuki, hökumət xalqın 300 milyonun xərcləyib kosmosa peyk buraxnda iddia edirdi ki, bu, ən yüksək səviyyədə internet təminatından ötrünəzərdə tutulur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli mitinq öncəsi belə deyib.

O, digər rabitə vasitələrinin işləməsində də eyni problemlərin yaşandığını ifadə edib, – AzadlıqRadiosu məlumat verir.

“Bu gün mitinq qorxusu hakimiyyəti elə duruma çatdırıb ki, faktiki olaraq hazırda internetdən istifadə mümkün deyil. Eyni zamanda müxtəlif rayonlarda hüquq mühafizə qurumlarının mitinqə getmək istəyənlərə basqıları olub. Ancaq ədalət naminə qeyd etmək istərdim ki, bu dəfə əvvəlkindən fərqli olaraq, müxalifətçilərə daha yumşaq davranırlar”.

N.Məmmədlinin bildirdiyinə görə, bu mitinq öncəsi cəmi 5 cəbhəçi saxlanıb. O. qeyd edib ki, təzyiqlər əsasən, müxalifətçiləri qorxutmaq istiqamətinə yönəlib.

AXCP Ali Məclisinin sədri aksiyadan sonra təzyiq faktlarının toplanacağını, müvafiq hesabatların hazırlanıb, yayılacağını bildirib.

Nürəddin MəmmədlininAXCP-nin 5 üzvinin saxlanması haqda dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP bundan əvvəlki mitinq ərəfəsində isə partiyanın 50-dən çox fəalının polisə çağırıldığını açıqlamışdı.Onlardan 7 nəfərə inzibati həbslər verildiyi bildirilmişdi.

2B0BD112-C8D0-4654-8DF9-6678FC524353_w650_r0_s


Bu gün, oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirir. Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Təşkilatçıların bildirməsinə görə, aksiya əsasən “Talana yox” şüarı ilə keçirilir.

Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da bir çox fəalların pois iadarəsinə çağırılması ilə bağlı məlumatlar var. Polisdə dindirildiyini söyləyən fəalların bildirməsinə görə, onlardan mitinqə gedib-getməyəcəkləri və ailə üzvləri ilə bağlı məlumatlar soruşulub, AzadlıqRadiosu məlumat verir.

82A7EA5A-9D5E-47F4-AA89-1D1A026E4235_w650_r0_s

Müsavatçılar polisə çağırılıb

Milli Şuranın bu gün, oktyabrın 7-də keçirəcəyi mitinqdən öncə Müsavat Partiyasının rayon fəalları polisə çağırılıb.

Müsavat Partiyası başqanın müşaviri Ramazan Əliyev Xaçmaz rayon Polis Şöbəsinin aparılıb. Onun Milli Şuranın mitinqi ilə bağlı sorğu-sual edildiyi deyilir.Ramazan Əliyevin bildirməsinə görə, ona deyiblər ki,mitinqındə Xaçmaz rayonundan heç kimin iştirak etməsini istəmirlər.

Müsavat Partiyasının Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmlinində şəhər polis idarəsinə çağırılıb.

Verilən məlumata görə, oktyabrın 7-də Mingəçevir Şəhər Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı onu idarəyə dəvət edib. Nurəddin Rüstəmlinin mitinqlə bağlı sorğu sual edildiyi deyilir.

Bundan əvvəl Müsavat Partiyasının Səbail təşkilatının sədri Zakir İsmayıl polisə çağırılıb.

 

%d bloqqer bunu bəyənir: