Müəllif tarix dərsliyində “Böyük Ermənistan” nın təbliğinin yanlışlıqla olduğunu deyir

Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə nəşr olunmuş 10-cu sinif  Ümumi Tarix dərsliyində “Böyük Ermənistan”nın təbliğinin etiva olunduğu xəritə yer alıb. İctimaiət tərəfindən sərt təpki göstərilən bu məsələ geniş müzakirəyə səbəb olub.

Dərslikdə yerləşdirilən xəritədə bəzi torpaqların hansısa dövrdə müvəqqəti olaraq Ermənistanın tərkibində olmasının yox, Azərbaycan ərazilərinin coğrafi olaraq “Böyük Ermənistan” na aid olduğu göstərilir. 

“Basta” nın suallarını cavablayan dərsliyin müəllifi Kamran Əsədov bildirib.

“Dərsliklərdəki, Rus və Azərbycan bölməsi üzrə gedən xəritələrə baxsaq bunun məqsədli deyil texniki səhv kimi getdiyi görünəcək. Ajiotaja və süni vətənpərvərliyə ehtiyac yoxdur… Bildiyiniz kimi bir neçə gündür orta məktəblərdə X sinif üçün istifadə olunan Ümumi Tarix kitabı ilə bağlı kimlərsə süni ajiotaj yaratmağa çalışır. Hesab edirəm ki, bu bizim uğurlu işimizə kölgə salmaq məqsədi güdür. Qeyd olunan xəritə Roma imperiyasının qədim dövrünə aiddir və qeyd olunan dövrdə Romaya tabe olmuş ərazilər göstərilib. Sadəcə olaraq tarixdən anlayışı olmayan şəxslər durub özlərini vətənşüvən kimi təqdim edirlər. Sadəcə o dovrün siyasi analizini apara bilməyən kimlərsə nəsə yazmağa çalışır. Misal xilafət dovrü xəritələrində Ərməniyyə həm Atropatena və həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir. Atropatena ərazisi e.ə 20-ci ildən Romaya tabe olub. Qeyd olunan ərazi də ona görə belə verilib. Bundan başqa 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi döyüşlərdə iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub və VII cildlik Azərbaycan Tarixiinin I cildində, VI sinif Azərbaycan tarixi kitabında da bu qeyd olunub. Yəni Ümumi tarix X siinif səhifə 32-də “Böyük Ermənistan” ın xəritəsi verilməyib, sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının səhədləri qeyd olunub. Ayrıca Ermənistan xəritəsi və sərhədləri yoxdur. Xəritənin aşağı hissəsində digər tabe olmuş ərazilər də rəngsiz fonda veilib. Bizim xəritə ilə bağlı problem yaşamağımızın əsas səbəbi Azərbaycan dilində dövrlər üzrə resursların azlıq təşkil etməsidir.”

“Kimlərləsə erməni xofu yaratmaq istəyir və gözünə ancaq erməni adı görünür. Bir də qeyd edirəm ki, bu xəritədə ermənilərin yox, Roma imperiyasının sərhədlərinin çərçivəsi göstərilib. Bu tarixi faktdır. Əgər hansısa məqsədli şəkildə olsaydı, Azərbaycan bölməsində də olardı.” – Kamran Əsədov əlavə edib.

 

Könül Alı, Bastainfo.com

%d bloqqer bunu bəyənir: