Yadigar Sadıqlı: “Belə məsuliyyətsizliyə yol verənlər istefa etməlidirlər”

Yəni söhbət bugünkü Azərbaycan torpaqlarının hansısa dövrdə müvəqqəti olaraq Ermənistan dövlətinin tərkibində olmasından getmir. Torpaqlar coğrafi olaraq Ermənistan adlandırılır. 

Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə nəşr olunmuş 10-cu sinif  Ümumi Tarix dərsliyində “Böyük Ermənistan”nın təbliğinin etiva olunduğu xəritə yer alıb. Vətəndaşların haqlı narazılığına səbəb olan bu məsləyə Müsavat başqanının müavini, tarixçi Yadigar Sadıqov da, münasibət bildirib.

“Tarix dərsliyindəki Ermənistan xəritəsi haqqında onu deyə bilərəm ki, siyasi xəritə olsaydı, dərd yarıdır. Müəyyən dövr ərzində böyük imperiyalar yarana və qonşu əraziləri işğal edə bilər. Roma, Osmanlı, Britaniya imperiyaları kimi. Şimali Afrika hər 3 imperiyanın tərkibində olub. Lakin bugün kimsə oranın İtaliya, Türkiyə və ya İngiltərə olduğunu söyləməz. Dərslikdəki xəritədə isə Kappadokiya, Mesopotamiya kimi coğrafi adların olması siyasi deyil, coğrafi xəritə olduğundan xəbər verir.” – Yadigar Sadıqlı bildirib.

“Yəni söhbət bugünkü Azərbaycan torpaqlarının hansısa dövrdə müvəqqəti olaraq Ermənistan dövlətinin tərkibində olmasından getmir. Torpaqlar coğrafi olaraq Ermənistan adlandırılır. Bu ermənilərin ərazi iddialarına haqq qazandıran bir addımdır. Belə məsuliyyətsizliyə yol verənlər istefa etməli, dərsliyin buraxılmasına xərclənmiş dövlət vəsaiti nazirlik rəhbərinin maaşından tutulmalıdır”  –Yadigar Sadıqlı əlavə edib.

Bu məsələ ilə bağlı “Basta” nın suallarını cavablayan dərsliyin müəllifi təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, bu texniki səhvdir, onların işinə kölgə salmaq istəyənlər ajotaj yaratmağa çalışırlar. Bu məsələni qaldıranlar o dövrün siyasi analizlərini apara bilməyən adamlardır.

Xatırladaq ki, dərslikdə yerləşdirilən xəritədə bəzi torpaqların hansısa dövrdə müvəqqəti olaraq Ermənistanın tərkibində olmasının yox, Azərbaycan ərazilərinin coğrafi olaraq “Böyük Ermənistan” na aid olduğu göstərilir. 

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: